NAB Media

NAB Media Saytlarda, Sosial Medialarda, TV və Radiolarda bütün növ reklam xidmətlərinin göstərilməsi

NAB Media PR və Reklam Agentliyi Sizə press-relizlərinizin, reklam postlarınızın, müsahibələrinizin ən operativ və ən keyfiyyətli şəkildə ölkənin tanınmış xəbər saytları, sosial mediaları, televiziya və radio kanallarında yayımı xidmətini təklif edir.

- Şirkətimizdə press-reliz, kampaniyalarınız haqqında peşəkar formada məlumatların yazılması və tərcüməsi, foto çəkilişləri, reklam banerlərinin xə

bər saytlarında yerləşdirilməsi də mümkündür.

- Bizimlə əməkdaşlıq edən şirkətlər! AzerGold QSC, Azerlotoreya ASC, Azersun Holdinq, İrşad, Paşa Holdinq, İmprotex Motors, Rolls-Royce, BMW, Mercedes, Qəbələ Otellər Şəbəkəsi, Bioloji Təbabət Klinikası, İstanbul NS Klinikası, NB Group, Dolciaria, Baku Elektroniks, Soliton, Texnomart, Leadlabe, Azərbaycan Sənaye Sığorta ASC, Footland, VABISS, Mərcan, Angilor, Memetol, Loras, Pacifik, N1 Çörək Zavodu, Haval, Panda Boya, Payriff, Tech Academy, Olee, Full Energy, Kotanlı, NB Group, Dolciaria, Akabe İnşaat, Endorphin, Content, Ekvita və s...

Təsisçi və Direktor Nigar Abbasova
Əlaqə: 050 561 31 06
[email protected]

Tərəfdaşımız "Rolls-Royce Motor Cars Baku" 27 yanvar tarixində "Black Badge Spectre" modelini Azərbaycanda ilk dəfə olar...
30/01/2026

Tərəfdaşımız "Rolls-Royce Motor Cars Baku" 27 yanvar tarixində "Black Badge Spectre" modelini Azərbaycanda ilk dəfə olaraq təqdim edib.

"2016-cı ildə keçirilən "Black Badge" modelinin ilk debütündən etibarən "Rolls-Royce"un alter egosu Azərbaycanda yeni müştərilər cəlb edib və regionda on ildən artıq müddətdə yeganə diler kimi davamlı uğurumuza töhfə verib", - deyə "Improtex Motors" və "Rolls-Royce Motor Cars Baku"nun vitse-prezidenti Günel Ələkbərova bildirib.

"Black Badge Spectre" "Rolls-Royce"un ən güclü və cəsarətli təcəssümüdür - bu isə modelə maraq göstərən şəxslərin ruhunu mükəmməl şəkildə əks etdirir.

"Rolls-Royce Motor Cars" şirkətinin Mərkəzi və Şərqi Avropa, eləcə də Mərkəzi Asiya üzrə korporativ kommunikasiyalar üzrə direktoru Frank Tiemann qeyd edib ki, "Black Badge Spectre" debütu ilə, "Spectre" modelinin ona xas olan səssiz, yüngül, lakin güclü sürücülük təcrübəsi ilə qeyri-adi impulsu davam edəcək: "Hər mənada "Black Badge Spectre" ilk növbədə "Rolls-Royce"dur, yalnız bundan sonra isə elektrik avtomobilidir".

Azərbaycanda yeganə "Rolls-Royce" dileri Bakının tam mərkəzində, A.Əlizadə küçəsi 5 ünvanında yerləşir.

www.rolls-roycemotorcars.az

"Instagram":

2014-cü ildə "Rolls-Royce Motor Cars Baku" diler kimi fəaliyyətə başlayıb, 2018-ci ildə isə dünya üzrə 130 "Rolls-Royce" dileri arasında seçilərək satış dinamikasına görə nüfuzlu "Global Dealer of the Year" mükafatına layiq görülüb.

Tərəfdaşımız “Azərsun Holdinq”dən 2026-cı il üçün xüsusi təqvim dəsti - “Qarabağnamə”Azersun Holding  Qarabağ FK
21/01/2026

Tərəfdaşımız “Azərsun Holdinq”dən 2026-cı il üçün xüsusi təqvim dəsti - “Qarabağnamə”
Azersun Holding Qarabağ FK

24/12/2025

🎥“Sirab”ın 75 illik yubileyi münasibətilə “one shot” texnikası ilə çəkilən unikal film qısa müddətdə milyonlarla baxış toplayıb.

📺Layihədə tək kadrda dörd fərqli dövrün səhnədə canlı şəkildə qurulması filmi texniki baxımdan fərqləndirən əsas məqamlardan biridir. Film boyunca “Sirab”ın 75 il ərzində dəyişən orijinal şüşə dizaynları ardıcıl şəkildə nümayiş etdirilir. Çəkilişlərdə tarixi arxivlərdən çıxarılmış geyimlər, əşyalar və aksesuarlar istifadə olunub.

⌛️Qeyd edək ki, layihənin hazırlanması iki aydan çox vaxt aparıb və prosesə 105 nəfərlik peşəkar cəlb edilib. Nəticədə ərsəyə gələn film hazırda rəqəmsal platformalarda 21 milyondan çox baxış toplayaraq geniş auditoriyanın diqqətini çəkib.

Go Türkiye üçüncü mini-serialını təqdim etdi: “Hidden Lover”Türkiyənin rəsmi turizm platforması olan GoTürkiye, Eda Ece ...
04/12/2025

Go Türkiye üçüncü mini-serialını təqdim etdi: “Hidden Lover”
Türkiyənin rəsmi turizm platforması olan GoTürkiye, Eda Ece və Caner Cindorukun rol aldığı üçüncü mini-serialı “Hidden Lover” (Gizli sevgili) serialını YouTube kanalında yayımlamağa başlayıb. Antalya mənzərələri fonunda çəkilən bu romantik komediya Aralıq dənizi sahil şəhərinin dünyada daha geniş tanınmasına xidmət edir.
Rejissor Murad Öztürkün çəkdiyi 10 bölümlük serial Antalyanın çoxlarına məlum olmayan təbii, tarixi və mədəni gözəlliklərini yeni baxışla təqdim edir. Hadisələr memar Günəşin (Eda Ece) mühüm bir layihəni təqdim etmək üçün iş adamı Ömərə çatmaq cəhdi ilə başlayır. Lakin gözlənilməz şəkildə o, Ömər bəylə yox, onu sürücü hesab etdiyi Dənizlə (Caner Cindoruk) üz-üzə gəlir.
Günəş, görüşün baş tutması üçün Dənizi razı salmaq məqsədilə onu Antalyanın qədim şəhərlərinə, kanyonlarına, sahillərinə və Aralıq dənizi mətbəxinin özəl dadları ilə tanış edən bir günlük səyahətə aparır. Onlar şəhəri birlikdə gəzib dolaşdıqca aralarında gözlənilməz bir yaxınlıq yaranır və bu münasibət romantik və əyləncəli bir macəranın başlanğıcına çevrilir.
“Hidden Lover” tamaşaçıya Antalyanın təqdim etdiyi bütün gözəllikləri — mavi sahillərdən qədim şəhərlərə, valehedici təbiət mənzərələrindən Aralıq dənizinin canlı gecə həyatına qədər kəşf etmək imkanı yaradır. Serial, Antalyanın təbii irsini, mədəni müxtəlifliyini və ilboyu yaşamaq üçün əlverişli mühitini önə çıxararaq Aralıq dənizi işığını dünyaya tanıtmağı hədəfləyir.
Bu, GoTürkiye’nin istehsal etdiyi üçüncü mini-serialdır. İlk iki layihə — Meryem Uzerli və Kaan Urgancıoğlunun rol aldığı “Antalya Gambit” və Afra Saraçoğlu ilə Engin Akyürekin baş rolları paylaşdığı “İstanbul My Love” — rəqəmsal platformalarda böyük izlənmə ilə yadda qalıb. Hər iki serialın bölümləri 76 ölkədən milyonlarla tamaşaçı tərəfindən izlənib.
“Hidden Lover” serinalının yayıma başlaması isə GoTürkiye’nin rəqəmsal məzmun strategiyasının əldə etdiyi böyük uğurların davamı kimi qiymətləndirilir. Artıq GoTürkiye’nin YouTube kanalı 5,3 milyondan çox abunəçi ilə dünya üzrə turizm qurumları arasında lider mövqedədir. Təkcə 2025-ci ilin ilk altı ayında kanal 763 milyon baxış qazanıb və əvvəlki dövrlə müqayisədə abunəçilərin sayında 146 faiz, ümumi baxışlarda isə 55 faiz artım qeydə alınıb. Go Türkiye

Tərəfdaşımız SUP.VC yaranmasının 10 illiyini qeyd edir! Təbrik edirik!SUP.VC Azərbaycanda korporativ innovasiya şirkətid...
01/12/2025

Tərəfdaşımız SUP.VC yaranmasının 10 illiyini qeyd edir! Təbrik edirik!

SUP.VC Azərbaycanda korporativ innovasiya şirkətidir. Şirkət layihələrin inkubasiyası, tədbirlərin təşkili və startup ekosisteminin dəstəklənməsi kimi fəaliyyətlərlə məşğul olur. Onlar startup-lara investisiya cəlb etməkdə, mentorluq, məhsul inkişafı və müştəri dəstəyi kimi xidmətlər göstərirlər.

NAB Media olaraq AccessBank Azerbaijanın qadın sahibkarlar üçün təşkil etdiyi Access to Success təlimində👩‍💻
29/11/2025

NAB Media olaraq AccessBank Azerbaijanın qadın sahibkarlar üçün təşkil etdiyi Access to Success təlimində👩‍💻

Tərəfdaşımız “Azərsun Holdinq” beynəlxalq mükafata layiq görülüb!“Azərsun Holdinq” ABŞ-ın nüfuzlu Brandon Hall Group tər...
01/09/2025

Tərəfdaşımız “Azərsun Holdinq” beynəlxalq mükafata layiq görülüb!

“Azərsun Holdinq” ABŞ-ın nüfuzlu Brandon Hall Group tərəfindən təşkil olunan “Human Capital Management Excellence Awards 2025” müsabiqəsində qalib olub. Bu qalibiyyət holdinqin öyrənmə və inkişaf sahəsindəki qabaqcıl fəaliyyətini beynəlxalq səviyyədə bir daha təsdiqlədi.
Şirkətin Pərakəndə İnkişaf Mərkəzi layihəsi “Öyrənmə və İnkişaf”
istiqamətində “Ən Yaxşı Özəl Məzmun” kateqoriyasında bürünc mükafata layiq görülüb. Bu mükafat, “Azərsun Holdinq”in əməkdaşlarının peşəkar bilik və bacarıqlarının inkişafına verdiyi önəmin, eləcə də şirkətin innovativ təlim proqramlarının uğurlu icrasının göstəricisidir.
“Azərsun Holdinq” bundan sonra da insan kapitalının inkişafına yönəlik strategiyalarını genişləndirməyə davam edəcək.

20/02/2025

Növbəti tərəfdaşımız - "Azərsun Holdinq” dövlət büdcəsinə 146,7 milyon manat vergi ödəyib.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, 2024-cü ildə ən çox vergi ödəyən 100 şirkətin adlarını açıqlayıb. Bu siyahıda ölkənin iqtisadi inkişafına mühim töhfələr verən “Azərsun Holdinq”ə aid bir neçə şirkət də yer alıb.
Dövlət Vergi Xidmətinin təqdim etdiyi məlumata əsasən, şirkətlər qrupuna daxil olan “Sun Food”, “Al Market”, Azərsun Kağız və Karton İstehsalat Korporasiyası və “Bazarstore” şirkətləri 2024-cü ildə ödənişləri ilə diqqət çəkib. Adıçəkilən qurumlar yüksək məbləğdə vergi ödəyərək ilk yüzlükdə yer alıblar.
Bununla bərabər “Azərsun Holdinq”ə daxil digər şirkətlər də aktiv vergi ödəyicisi olaraq ölkə iqtisadiyyatına müsbət təsir göstəriblər ki, nəticədə ümumi məbləğ 146,7 milyon olub.
Qeyd edək ki, 20 mindən artıq insanı daimi iş yeri ilə təmin edən adıçəkilən şirkətlər qrupu dünyanın 40-dan artıq ölkəsinə məhsul ixrac edərək Azərbaycanın ixrac potensialının artırılmasına mühüm töhfə verir.

İllərdir NAB Media olaraq PR yayımına dəstək olduğumuz - İRŞAD, Azərbaycanda elektronika mağazaları şəbəkələri arasında ...
17/02/2025

İllərdir NAB Media olaraq PR yayımına dəstək olduğumuz - İRŞAD, Azərbaycanda elektronika mağazaları şəbəkələri arasında ən çox vergi ödəyən şirkət olub. Müştərimizi təbrik edirik! 💚

20/12/2024

11.12.24🌟Rolls-Royce Motors Cars Bakunun yeni şourumunun təntənəli açılışı və Cullinan II Seriyasının debütü✨Media dəstəyi NAB Media👏 Rolls-Royce Cars

Address

Baki

Alerts

Be the first to know and let us send you an email when NAB Media posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to NAB Media:

  • Want your business to be the top-listed Advertising & Marketing Company?

Share