marketingchi.az

marketingchi.az Marketinq, Satış və PR sahəsində fəaliyyət göstərən bütün şəxsləri birləşdirən platforma

📍Sahibkarlar və rəhbər vəzifədə çalışan şəxslər üçün növbəti networking tədbirimiz.Bu dəfəki görüşdə şirkətlərdə datanın...
17/11/2024

📍Sahibkarlar və rəhbər vəzifədə çalışan şəxslər üçün növbəti networking tədbirimiz.

Bu dəfəki görüşdə şirkətlərdə datanın vacibliyi ilə bağlı müzakirələr ediləcək. Spikerlərimiz müxtəlif dövrlərdə Expressbank, Bank Respublika, Unibank, VTB, Aztelecom, Azercell kimi şirkətlərə Data ilə bağlı konsultasiya vermişdir.

Aydın Əliyev - Hazırda Unibankda “Head of Business data” vəzifəsində çalışır. .az şirkətində həmtəsisçi və instruktordur.

Vüsalə Babayeva - Hazırd Unibankda “Head of data governance” vəzifəsində çalışır. .az şirkətində həmtəsisçi və instruktordur.

Görüşdə iştirak etmək üçün şərh bölümünə “Data” yaza bilərsiniz.

Ətraflı məlumat və qeydiyyat üçün + atın.
23/01/2024

Ətraflı məlumat və qeydiyyat üçün + atın.

"MarketingCHI" olaraq növbəti tədbirimizi reallaşdırdıq. 😎Bizi izləməyə davam edin.
10/12/2023

"MarketingCHI" olaraq növbəti tədbirimizi reallaşdırdıq. 😎

Bizi izləməyə davam edin.

Marketingchi yenidən maraqlı mövzu ilə sizi müzakirəyə dəvət edir.Bu dəfə Marketinq sahəsində göstərilən xidmətlərin qiy...
05/12/2023

Marketingchi yenidən maraqlı mövzu ilə sizi müzakirəyə dəvət edir.

Bu dəfə Marketinq sahəsində göstərilən xidmətlərin qiymətinin formalaşmasına təsir göstərən amillərdən danışacağıq.

Xüsusilə konsultasiya və SMM qiymətləri arasında olan fərqlərin səbəbini müzakirə edəcəyik.

Məsələn, eyni xidməti nəyə görə bir şirkət (və ya şəxs) 300 manata, başqa şirkət 1000 manata təklif edir?
- Aradakı qiymət fərqinin səbəbi nədir?
- Kəmiyyət artımı, keyfiyyət artımının təminatıdırmı?

Qeyd edək ki, müzakirəmizdə Thinkers.az şirkətinin təsisçisi, marketinq araşdırmaları üzrə ekspert Murad Əsgərzadə və Pasha Bankda Senior Digital marketing specialist Babaxan Məlikli qonaq qismində iştirak edəcək. Gəlin, sualları birlikdə müzakirə edək.

Müzakirədə iştirak ödənişsizdir.
İştirak etmək istəyənlər rəy bölümündə + qoya və ya mesaj bölümündən bizimlə əlaqə saxlaya bilər.

Tarix: 8 dekabr 19:00
Məkan: 7 saylı Asan Xidmət mərkəzi İnnoland

8 iyul 2023 tarixində "Vision Academy"-nin idarə heyəti və ofisi ilə tanışlıq görüşü keçirildi.  Görüş boyunca "Vision A...
11/07/2023

8 iyul 2023 tarixində "Vision Academy"-nin idarə heyəti və ofisi ilə tanışlıq görüşü keçirildi. Görüş boyunca "Vision Academy"-nin icraçı direktoru və marketinq rəhbəri iştirakçılara təlim-təhsil biznesinin 0-dan qurulması, davamlı rəqabət üstünlüyü və bir çox nəzərə alınmalı nüanslar barədə tövsiyyələrini bildirdilər. Ən sonda iştirakçılar öz təəssüratlarını bölüşdülər.

Növbəti ofis ziyarətinin harada keçirilməsini istəyərdiniz ?

01/07/2023

Marketinq, PR, satış sahəsində olan şəxslər və sahibkarlar üçün dinamik networking platforması - MarketingCHI!

Bizə qoşulmaq və təşkil etdiyimis görüşlərdə iştirak etmək üçün şərh bölümünə yaza bilərsən.

MarketingCHI - Networking for energy. 😎

MarketingCHI olaraq şirkətlərdə görüşlərə başlayırıq. Təşkil edəcəyimiz növbəti görüş “Təlim-Təhsil Sektorunda Sahibkarl...
24/06/2023

MarketingCHI olaraq şirkətlərdə görüşlərə başlayırıq.

Təşkil edəcəyimiz növbəti görüş “Təlim-Təhsil Sektorunda Sahibkarlıq Fəaliyyəti” ilə məşğul olmaq istəyənlər üçün əla fürsətdir, çünki görüşün keçiriləcəyi məkan “Vision Academy”-dir.

Görüşün proqramı:
- “Vision Academy”-nin idarə heyəti və ofisi ilə tanışlıq;
- Səlahiyyətli şəxslərdən təlim-təhsil biznesinin 0-dan qurulması, davamlı rəqabət üstünlüyü, diqqət edilməli nüanslar barədə tövsiyyələr;
- İştirakçıların “Vision Academy” barədə təəssüratlarını və tövsiyyələrini bölüşməsi;
- Netvörkinq imkanları.

Görüşün vaxtı: 08.07.2023 saat 12:00
Görüş üçün ödəniş: 25 Azn

Əgər Siz də gündən-günə inkişaf edən təlim-təhsil sektoru ilə maraqlanırsınızsa, qeydiyyat üçün rəy bölməsinə yaza və ya aşağıda linki qeyd edilən formu doldura bilərsiniz:

https://forms.gle/zE6QfzB4oMHREEBW7

17/06/2023

Networking görüşümüz barədə xüsusi qonağımız Sakit Səmədovun və iştirakçıların bir qisminin təəssüratları 🥰

Sən də bizə qoşul, təəssüratlarını bizimlə paylaş! :)

17/06/2023

09.06.2023 tarixində Sakit Səmədovla "Qlobalda və lokalda brendləşmə tendesiyaları" mövzusunda keçirilən görüşdən görüntülər. :)

Növbəti görüşümüzün detalları qısa zamanda elan ediləcək. Bizimlə eyni atmosferdə networkinginizi genişləndirmək üçün bizimlə qalın! :)

Networking görüşündən səmimi görüntülər. :) Ziyalı şəxslərlə səmimi formatda keçirilən tədbirlər cəmiyyətimizdə uğurlu g...
13/06/2023

Networking görüşündən səmimi görüntülər. :)
Ziyalı şəxslərlə səmimi formatda keçirilən tədbirlər cəmiyyətimizdə uğurlu gələcəyə inanmaq, ucaldıqca sadələşmək mədəniyyəti formalaşdırır.
Faydalı və gözəl gün üçün başda xüsusi qonağımız Sakit Səmədov olmaqla, günümüzü gözəlləşdirən hər kəsə təşəkkürlər, sevgilər! ❤️
Gələcək görüşlərimizdə səmimi ortamda olaraq təcrübəsindən faydalanmaq istədiyiniz şəxsləri rəy bölməsində tag edə bilərsiniz. :)

İmza istədilər, Sakit müəllim hər iştirakçıya özəl ürək sözləri ilə imzasını təqdim etdi. 🥰9 iyun tarixində keçirilən gö...
11/06/2023

İmza istədilər, Sakit müəllim hər iştirakçıya özəl ürək sözləri ilə imzasını təqdim etdi. 🥰

9 iyun tarixində keçirilən görüşə qatılan hər kəsə sonda Sakit Səmədovun “Brending” adlı kitabı təqdim olundu. Müəllifin imzasını əldə edən iştirakçıların sevinc dolu simalarından ibarət görüntüləri təqdim edirik. :)

Növbəti görüşlərimizdə eyni ortamda olmaq istədiyiniz və ya imzasını almaq istədiyiniz şəxsin adını rəy bölməsində tag edə bilərsiniz.

Peşəkar iş adamları ilə keçiriləcək növbəti görüşlərimizdə hər birinizi aramızda görmək ümidi ilə MakretingCHI ailəsi böyüməyə davam edir. 😍

MarketingCHI olaraq həftəni iş dünyasının ən tanınan, uğurları və sadəliyi ilə hər kəsə nümunə olan xüsusi qonağımız “De...
11/06/2023

MarketingCHI olaraq həftəni iş dünyasının ən tanınan, uğurları və sadəliyi ilə hər kəsə nümunə olan xüsusi qonağımız “Destec Group” MMC-nin idarə heyətinin sədri Sakit Səmədovun zəngin təcrübəsi ilə yekunlaşdırdıq. ✅

Sakit müəllim “Qlobalda və lokalda brendləşmə tendesiya”ları mövzüsuna toxunaraq brendləşməyə haradan və necə başlamaq lazım olduğunu, bu yolda yaranacaq çətinliklərin öhdəsindən gəlməyin yollarını tədbir iştirakçıları ilə bölüşərək yaranan sualları cavabladı, qonaqlar arasında əməkdaşlıq əlaqələrinə təkan verdi və sonda imzalı kitabını iştirakçılara təqdim etdi.

İş dünyası münasibətlərinin inkişafında belə görüşlərin mütəmadi keçirilməsi vacib rol oynayır. Əgər siz də iş adamlarının təklif və tövsiyyələrini dinləmək, yeni əlaqələr qurmaq istəyirsinizsə, MarketingCHI ailəsinə qoşula bilərsiniz. :)

İnteraktiv keçən xoş gündən görüntüləri təqdim edirik. Rəy bölməsində görüş haqqında fikirlərinizi bildirə, eyni ortamda olmaq istədiyiniz şəxsi tag edə bilərsiniz. :)

Address

Baku-Baladshary

Telephone

+994503856284

Website

Alerts

Be the first to know and let us send you an email when marketingchi.az posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to marketingchi.az:

Share