MarLab Growth Agency

MarLab Growth Agency We are strategists, inspires and change makers. We helped many brands become a true success story.

☕️ Yeni layihəmiz: Coffeeshop üçün Go-to-Market Strategiyası.Coffeeshop biznesində uğurlu nəticə yalnız yaxşı qəhvə və g...
04/09/2026

☕️ Yeni layihəmiz: Coffeeshop üçün Go-to-Market Strategiyası.

Coffeeshop biznesində uğurlu nəticə yalnız yaxşı qəhvə və gözəl interyerlə formalaşmır.

Bazara necə daxil olmaq, necə mövqelənmək, müştəriyə hansı dəyəri təqdim etmək və bu modelin kommersiya baxımından necə işləyəcəyini əvvəlcədən düşünmək lazımdır.

Bu layihədə məhz bu çərçivəni qurduq.

Strategiyanı brend, məhsul, marketinq, satış, əməliyyat və maliyyə istiqamətlərini bir-birindən ayırmadan formalaşdırdıq.

Çünki bizim üçün Go-to-Market strategiyası reklam planından daha böyükdür.

Əgər siz də yeni biznesinizi bazara çıxarmağa və ya mövcud biznesinizi yenidən mövqeləndirməyə hazırlaşırsınızsa, bizimlə əlaqə saxlayın.

Strategiyanızı birlikdə quraq.

📩 DM-ə “STRATEGİYA” yazın.

Reklama pul ayırmaq satışın artacağı demək deyil. Bəzən əsas problem reklamda yox, reklamdan əvvəl verilən qərarlarda ol...
03/08/2026

Reklama pul ayırmaq satışın artacağı demək deyil. Bəzən əsas problem reklamda yox, reklamdan əvvəl verilən qərarlarda olur.

Apardığımız analiz zamanı gördük ki, məhsul sifarişləri bazar tələbinə və dataya əsasən deyil, illərlə formalaşmış vərdişlərlə verilirdi. Nəticədə satılma ehtimalı aşağı olan məhsullar anbarda yığılmış, şirkətin kapitalı hərəkətsiz stokda bloklanmışdı.

Belə hallarda əlavə reklam büdcəsi problemi həll etmir, sadəcə bir müddət gizlədir.

Biz qərarvermə prosesindəki görünməyən boşluqları üzə çıxarır, bizneslərə daha sağlam və dayanıqlı böyümə istiqaməti göstəririk.

📞 (010) 315 30 04 | +994 10 321 30 04
🌐 www.marlab.az
📩 [email protected]

Biznesiniz bazardadır, marketinqə büdcə ayırırsınız, komandanız çalışır… amma gözlədiyiniz nəticəni əldə etmirsiniz?Bunu...
24/07/2026

Biznesiniz bazardadır, marketinqə büdcə ayırırsınız, komandanız çalışır… amma gözlədiyiniz nəticəni əldə etmirsiniz?

Bunun səbəbi çox zaman məhsul və ya xidmət deyil, düzgün strategiyanın, ölçülə bilən sistemin və aydın yol xəritəsinin olmamasıdır.

Əgər qeyd olunan problemləri siz də müşahidə edirsinizdə, doğru böyümə həlləri üçün elə indi müraciət edin:

📞 (010) 315 30 04 | +994 10 321 30 04
🌐 www.marlab.az
📩 [email protected]

Biznesdə böyümək hər zaman daha çox məhsul, daha çox xidmət və daha çox kampaniya demək deyil.Bəzən inkişafın qarşısını ...
13/07/2026

Biznesdə böyümək hər zaman daha çox məhsul, daha çox xidmət və daha çox kampaniya demək deyil.

Bəzən inkişafın qarşısını məhz həddindən artıq seçim və dağınıq fokus alır.

Doğru strategiya isə hansı istiqamətin daha çox dəyər yaratdığını müəyyənləşdirib resursları həmin nöqtəyə yönəltməkdir.

Resurslarınızı daha səmərəli idarə etmək və davamlı böyümə əldə etmək üçün bizə müraciət edin✅

📞 (010) 315 30 04 | +994 10 321 30 04
🌐 www.marlab.az
📩 [email protected]

Güclü marketinq yalnız məhsulu tanıtmaqdan ibarət deyil. Ən uğurlu brendlər insanların yaddaşında məhsul xüsusiyyətləri ...
30/06/2026

Güclü marketinq yalnız məhsulu tanıtmaqdan ibarət deyil. Ən uğurlu brendlər insanların yaddaşında məhsul xüsusiyyətləri ilə yox, yaratdıqları hiss, dəyər və həyat tərzi ilə qalırlar.

Brend insanların zehnində özünəməxsus bir yer tutduqda rəqabət artıq qiymət və məhsul xüsusiyyətləri üzərində deyil, qəbul və etibar üzərində qurulur. Bu isə rəqiblərin təkrarlaması ən çətin üstünlüklərdən biridir.

Faydalı marketinq dərsləri və real brend nümunələri ilə tanış olmaq üçün "Uğurlu Marketinq Strategiyaları" seriyasının davamını qaçırmayın.

MarLab komandası olaraq "Fumari" üçün strateji transformasiya yol xəritəsi hazırladıq.Xidmətimiz bir sıra strateji istiq...
17/06/2026

MarLab komandası olaraq "Fumari" üçün strateji transformasiya yol xəritəsi hazırladıq.

Xidmətimiz bir sıra strateji istiqamətləri əhatə edən kompleks yanaşma ilə həyata keçirildi:

• Bazar, rəqib və müştəri davranışlarının dərin analizi
• Məhsul və qiymət arxitekturasının yenidən xəritələnməsi
• Məkan və xidmət modelində gəlir yaradan boşluqların müəyyənləşdirilməsi
• SMM və performans kanallarının real nəticə prizmasından auditi
• Brend üçün fərqlənmə mexanizmlərinin çıxarılması

Nəticədə 90 günlük effektiv icra planı və 12 aylıq yol xəritəsi quruldu✅️

Məqsədimiz sadəcə mövcud vəziyyəti analiz etmək deyil, biznesin növbəti inkişaf mərhələsi üçün aydın, tətbiqolunan və ölçülə bilən strateji istiqamətlər formalaşdırmaqdır.

Biznesinizin inkişaf yolunu daha sistemli şəkildə qurmaq və bazardakı mövqeyinizi gücləndirmək istəyirsinizsə, bizimlə əlaqə saxlayın.

📞 (010) 315 30 04 | +994 10 321 30 04
🌐 www.marlab.az
📩 [email protected]

Bir çox biznesdə marketing komandası bir nəfərdən ibarət olur. Həmin şəxs həm SMM, həm dizayner, həm copywriter, həm rek...
26/05/2026

Bir çox biznesdə marketing komandası bir nəfərdən ibarət olur. Həmin şəxs həm SMM, həm dizayner, həm copywriter, həm reklam mütəxəssisi, həm də strategiya quran rolunu daşıyır.

Amma sual budur: bu model uzunmüddətli və ölçülə bilən nəticə üçün nə qədər effektivdir?

MarLab olaraq biz bu mövzunu Marketing Talks platformasında müzakirə etdik və bizneslər üçün daha sağlam marketing komanda modelinin necə qurulmalı olduğunu dəyərləndirdik.

Bizi izləmədə qalın.

MarLab komandası olaraq UPS Construction üçün kompleks marketinq audit layihəsini həyata keçirdik.İş çərçivəsində bazarı...
26/05/2026

MarLab komandası olaraq UPS Construction üçün kompleks marketinq audit layihəsini həyata keçirdik.

İş çərçivəsində bazarın ölçüsü, rəqabət mühiti, müştəri profilləri və sektor trendləri təhlil edildi; beynəlxalq bençmarklar və biznes modelləri araşdırıldı. Eyni zamanda şirkətin məhsul və xidmət portfeli, veb saytı, kataloqları, satış təqdimatları, Meta və SEO performansı audit edilərək mövcud vəziyyət hərtərəfli qiymətləndirildi.

Araşdırma nəticəsində UPS Construction üçün əsas fürsət və baryerlər müəyyənləşdirildi, strateji hipotezlər formalaşdırıldı və prioritet inkişaf istiqamətləri xəritələndirildi. Bunun əsasında transformasiya yol xəritəsi, illik strateji prioritetlər, dəyər təklifi, brend arxetipi, mövqelənmə və kommunikasiya yanaşması hazırlanaraq vahid strateji çərçivə yaradıldı.

Məqsədimiz sadəcə mövcud vəziyyəti analiz etmək deyil, bizneslərin gələcək inkişafını dəstəkləyəcək aydın, tətbiqolunan və ölçülə bilən yol xəritəsi qurmaqdır.

Biznesinizin bazardakı mövqeyini yenidən qiymətləndirmək və növbəti inkişaf mərhələsi üçün strateji yol xəritəsi hazırlamaq istəyirsinizsə, bizimlə əlaqə saxlayın.

📞 (010) 315 30 04 | +994 10 321 30 04
🌐 www.marlab.az
📩 [email protected]

Müştəri sizi görür, amma qərar vermirsə, problem sadəcə trafikdə olmaya bilər.Satış bir toxunuşla yaranmır. Müştəri sizi...
21/05/2026

Müştəri sizi görür, amma qərar vermirsə, problem sadəcə trafikdə olmaya bilər.

Satış bir toxunuşla yaranmır. Müştəri sizi müxtəlif kanallarda görür, araşdırır, sayta daxil olur və yalnız əlaqə nöqtələri bir-birini tamamladıqda qərar formalaşır.

Əgər görünürlük nəticəyə çevrilmirsə, müştəri qərar yolundakı boşluqları analiz etməyin vaxtıdır.

Doğru böyümə həlləri üçün MarLab Growth Agency ilə əlaqə saxlayın.

Mənbə: DMA — Super Touchpoint Planning Report

Marketinqinizin nəticələri gözləntiləri qarşılamırsa, səbəb çox vaxt görünəndən daha sadə olur.Düzgün analiz və yanaşma ...
06/05/2026

Marketinqinizin nəticələri gözləntiləri qarşılamırsa, səbəb çox vaxt görünəndən daha sadə olur.

Düzgün analiz və yanaşma ilə həm büdcəni daha effektiv istifadə etmək, həm də daha güclü nəticələr əldə etmək mümkündür.

Marketinq qərarlarınızı təsadüflərə yox, düzgün strategiyaya əsaslandırın.

Marketinq auditiniz üçün elə indi müraciət edin, qərarlarınızı intuisiya ilə yox, real data ilə verin və nəticələri nəzarət altına alın.

🌐 www.marlab.az
📱 +994 10 321 30 04
📱 +994 10 315 30 04
📧 [email protected]

marketinq

Address

Baku
AZ1131

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994103153004

Alerts

Be the first to know and let us send you an email when MarLab Growth Agency posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to MarLab Growth Agency:

Shortcuts

Share