18/03/2024
Cəmiyyəti böyük bir tapmaca kimi düşünün, qadınlar isə çox vaxt onun çatışmayan hissəsidir. Müharibə və ya münaqişədən sonra problem yarandıqda insanlar adətən qadınlardan nə düşündüklərini və ya nə hiss etdiklərini soruşmurlar. Sanki onlar görünməzdirlər. Sanki qadın olmaq susmaq, kölgə olmaqdır. Bu, zamanın özü qədər köhnə, lakin hələ də davam edən bir povestdir. Və bu povesti dəyişməyin, qadınlar kölgədən işığa çıxarsa, onların aydın görünən varlığının cəmiyyətdə yaradacaq dəyişiklikləri düşünməyin vaxtı çatıb.
Performans 5 sənətçinin ortaq konsepsiyadan yaratdığı performativ incəsənətdən ibarət olacaq. Performans qadının rolunu, onun görünməzliyini və patriarxal normaların möhkəmliyini əks etdirməyə çalışacaq.
Kurator
Aynur Abutalıbova - .nur._
Sənətçilər
Elnur Musayev -
İlqar Aydın -
Roman Qocayev -
Ramil Əliyev -
Zeytun Həsənov -
Səs instalyasiyası
İlkin Huseynov
Performansdan sonra baş tutacaq Əfsanə Tahirovanın () interaktiv seminarı gender bərabərliyi haqqında məlumatlılığı artırmaq və cəmiyyəti patriarxal normaları sorğulamağa çağırmaq məqsədi daşıyır.
Münaqişələrin təsirinə, qadınların səssiz səslərinə və onların sülhün quruculuğunda roluna diqqət yetirmək məqsədilə həyata keçirilən performans Böyük Britaniya Hökumətinin və Gender Hub Azərbaycan təşkilatçılığı ilə həyata keçirilir. Bu performans “Gazelli Art House” və “VarYox”-un ev sahibliyi etdiyi və qadınların sənət təcrübəsinə həsr olunmuş “Her Art in Action” adlı festival çərçivəsində baş tutacaq.
Performans haqqında detallı məlumat:
Tarix: 18 Mart 2024 | 19:00-21:00
Məkan: Gazelli Art House Baku, 172 Lev Tolstoy küç.,
Giriş sərbəstdir.
British Embassy in Baku
Gazelli Art House
VarYox