03/03/2023
Bəli. KONTENTİ deyirəm✅
İndi isə keçək əsas məsələyə.
Kontent, Kontent Marketinq nədir və nə ilə “yeyilir”?😀
Kontent – məhsul/xidmət haqqında yazılan istənilən növ məlumatdır✅
Kontentin format və növləri olur📝
1. 🖌️Cəlbedici kontent. Oxucularınızla aranızda ünsiyyət, brendinizə qarşı loyallıq və maraq yaradır. Bura sorğular, ünsiyyətə gətirib çıxaran xəbərlər, müzakirələr və konkurslar aiddir.
3. 3. 🖌️Öyrədici kontent. Adından göründüyü kimi bura sahənizi əhatə edən faydalı yeniliklər, maraqlı faktlar, xidmət/məhsullarınızdan istifadə qaydaları və s. daxildir.
5. 5. 🖌️İstifadəçi kontenti. Bura müştərilərinizin rəyləri, intervüləri, əməkdaşlarınız haqqında paylaşımlar aiddir.
6. 🖌️Reklam kontenti. Ümumi kontentinizdə ən az yer tutan, lakin böyük məsuliyyət daşıyan kontent növüdür. Bura sizin məhsullar, onların üstünlükləri, reklam çarxları daxildir.
Kontent marketinq – hədəf kütlənizi cəlb edəcək kontentin yaradılması strategiyasıdır.
Burada əsas məqsəd istehlakçının diqqətini cəlb etmək və onda sizə lazım olan hissləri oyatmaqdır.
Bir sözlə, kontent marketinq – hədəf kütlənizin düzgün zamanda və yerdə sizin haqqınızda məlumat almasıdır.
Düşünürsünüz ki, məhsullarınız/xidmətləriniz keyfiyyətlidir, qiymətləri də əlverişlidir, bazarda isə ən yaxşılardansınız, bəs potensial müştərinizin bundan xəbəri varmı? Müştərilərin internetdə axtardığı dolğun və düzgün məlumatdır. Kontent marketinqin əsaslarından biri də düzgün təqdim olunmuş məlumatı lazımlı kanallardan müştəriyə çatdırmaqdır.