Danyal & Partners

Danyal & Partners Creativity • Marketing • Communication

Our strategy is based on innovative solutions and market

Tezliklə!
02/02/2022

Tezliklə!

İstehlakçının xidmət təminatçısının bizim ifadəmizdə “reklam verənin” etibarlı olduğuna və verdiyi vədləri yerinə yetirm...
13/01/2022

İstehlakçının xidmət təminatçısının bizim ifadəmizdə “reklam verənin” etibarlı olduğuna və verdiyi vədləri yerinə yetirmək üçün etibar edilə biləcəyinə dair gözləntiləri vardır. Adətən endirim kampaniyalarında istehlakçılar aldadıldıqlarını düşünürlər. Bu düşüncəni dəf etməyin ən yaxşı üsulu endirimdən öncə qiymətlərin şəffaflığı və hərkəsə açıq bəyan edilməsi dayanır. İstehlakçı endirim zamanı enən qiymətlə əvvəlki qiyməti müqayisə edə bilməlidir. İkinci bir nüans isə budur ki, reklam olunan məhsul asan şəkildə eldə edilə bilən olsun, əks halda reklamın əks effekti ola bilər və satışlar aşağı düşər hətta marka etibarlılığı zədələnə bilər. 🕵️‍♀️

“Oxşar” mesajları olan reklamların çoxluğu səbəbindən günümüzdə reklamlara diqqət azalmışdır və istehlakçıların bu sadə ...
12/01/2022

“Oxşar” mesajları olan reklamların çoxluğu səbəbindən günümüzdə reklamlara diqqət azalmışdır və istehlakçıların bu sadə mesajlara qarşı qıcıqlanması artmışdır. Yeni “dolayı reklam üsulu” istehlakçının daha fəal rolunu tələb edir, bu rol, tədqiqatçı Bergerin fikrincə, istehlakçı tərəfindən yüksək qiymətləndirilir. “...insanlar hər şeyin onlar üçün açıqlanmasını istəmirlər... özlərini çox ciddi qəbul edən yaxud istehlakçıların intellektini qiymətləndirməyən reklamlar istehzaya səbəb olurlar”.

İstifadəçilərin internetdə oxuma üsulu çap edilmiş səhifələri oxumaqdan fərqlidir. İnsanlar nadir hallarda internetdə sö...
11/01/2022

İstifadəçilərin internetdə oxuma üsulu çap edilmiş səhifələri oxumaqdan fərqlidir. İnsanlar nadir hallarda internetdə sözbəsöz oxuyurlar. İnternet istifadəçiləri maraqlı bir şey tapana qədər səhifəni skan edir və sonra oxuyurlar.

Gestalt "varlığın tam formasının mahiyyəti və ya forması" mənasını verən alman sözüdür. İncəsənət və dizaynda istifadə edilən bəlkə də ən əhəmiyyətli və ən güclü prinsip olan “gestalt” ideyası çox köhnə zamanlardan istifadə olunur. "Bütövün onun hissələrindən böyük olduğu"nu ifadə edən Gestalt dizayn prinsipi zehnin vizual məlumatları necə təşkil etdiyini və ən yaxşı effekti əldə etmək üçün necə yaxşı dizayn etməli olduğumuzu təsvir etmək üçündür.

Statistikalar göstərir ki, uyumlu mükəmməllikçilik (perfectionism) kreativliyə müsbət təsir göstərir. Lakin bu ifrat və ...
10/01/2022

Statistikalar göstərir ki, uyumlu mükəmməllikçilik (perfectionism) kreativliyə müsbət təsir göstərir. Lakin bu ifrat və ya uyumsuz formaya keçdikdə bütün çarxların dayanmasına və məhsuldarlığın düşməsinə səbəb olur.

Mətnin, sloqanın, reklam ideyasının lokalizasiyası xarici bazara çıxmaq istəyən və ya hər hansı xarici markaya aid məhsu...
09/01/2022

Mətnin, sloqanın, reklam ideyasının lokalizasiyası xarici bazara çıxmaq istəyən və ya hər hansı xarici markaya aid məhsulun yerli bazara gətirilməsi zamanı tətbiq edilir. Burada əsas nüans məhsul və ya markanın tanıtımı zamanı istifadə olunacaq fəndlərin hədəf xalqın mentalitetinə və linqvistikasına uyğun mədəni adaptasiyası başa düşülür. Lokalizasiya olunmayan reklam və kampaniyalar uğurlu nəticə verməyinin əksinə markaya qarşı “antipatiya” belə yarada bilər 🤔

İş dünyasının ən uğurlu adamlarından uğur və qalibiyyət haqqında soruşun və onlar sizə ən böyük uğurun üst üstə gələn mü...
16/12/2021

İş dünyasının ən uğurlu adamlarından uğur və qalibiyyət haqqında soruşun və onlar sizə ən böyük uğurun üst üstə gələn müvəqqəti məğlubiyyətlərdən dərhal sonra gəldiyini deyəcəklər. Məğlubiyyət illüziyadır. Qalibiyyət "yoxlara" inad davam etməkdir.

Sosial medianın həyatımızın bütün sahələrinə yayılması insan təbiətinin homosapiensdən bu günümüzə qədər keçən zaman ərz...
15/12/2021

Sosial medianın həyatımızın bütün sahələrinə yayılması insan təbiətinin homosapiensdən bu günümüzə qədər keçən zaman ərzində formalaşdırdığı təhlükəsiz həyatda qalmaq reflekslərinin təcəssümüdür. Təhlükəsiz həyatda qalma refleksinin üstünə sosial varlıq olan insanın tək qalmamaq istəyi də əlavə edildikdə "təhlükəsiz evimdə oturum amma hamını görə bilim, istədiyimdə isə görünə bilim" düşüncəsi yatır. Bütün bu prosseslər kompleks şəkildə biznes dünyasına ələlxüsus reklam agentlikləri quruluşuna yeni şəkil və yön verərək yüzlərlə yeni şirkətin yaranmasına, ənənəvi şirkətlərin isə bu yöndə dəyişməsinə səbəb olmuşdur.

Digital dünyanın yeniliklərindən istifadə edirsinizmi? Yoxsa ənənəvi metodlar daha cəzbedici gəlirmi? Maraqlı fakt:Araşd...
14/12/2021

Digital dünyanın yeniliklərindən istifadə edirsinizmi? Yoxsa ənənəvi metodlar daha cəzbedici gəlirmi?

Maraqlı fakt:
Araşdırmalara əsasən, internetdə ən təsirli reklam növlərindən biri brend haqqında məlumatların yer aldığı məqalələrdir. Müəyyən olmuşdur ki, respondentlərin yarıdan çoxu onlara baxır və reklamın "qərəzli" yanaşma tərzinə zidd olaraq daha çox inam yaratma gücünə malikdir. Bu inama səbəb isə məqalə yazarlarının tərəfsiz mövqedən çıxış etdiyinə inanılmasıdır.

Address

Baku
AZ1000

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 06:00
Friday 09:00 - 18:00

Telephone

+994552196869

Alerts

Be the first to know and let us send you an email when Danyal & Partners posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share