23/05/2026
❕Azərbaycan bayrağına ehtiram göstərən qazaxıstanlı məktəbli vəzifəli şəxslə görüşüb
Sosial şəbəkələrdə Qazaxıstanın Türkistan şəhərindən olan məktəblinin videosu böyük rəğbət qazanıb. O, güclü külək səbəbindən yerə düşən Azərbaycan bayrağını qaldıraraq ehtiyatla yerinə bərkidib.
Qazaxıstan Daxili İşlər Nazirliyindən verilən məlumata görə, 11-ci sinif şagirdi Nursultan Bazarbayulı Türkistan Vilayəti Polis Departamentinin rəisi ilə görüşə dəvət olunub.
Görüş zamanı məktəblinin bu hərəkəti vətəndaşlıq məsuliyyətinin və dövlət rəmzlərinə hörmətlə yanaşmağın bariz nümunəsi adlandırılıb.