07/06/2020
Sevgi, yaşamaq, yaşanmışlar və bu yaşanmışların girdabında məhv olan ruhlar.. İlk sevgi unudulmur deyirlər, kimi də unudulur, çox sevdiyimizi unutmuruq deyir.. Nəticə olaraq unutmuruq və ya unutmaq istəmirik. Heç özünüzə sual vermisinizmi? Niyə unutmuram? Niyə mən və o, bizi yox, mən o'nu düşünürəm?! Çox düşünməyin, ritorik verdim sualı.. Bizlər hər zaman bizə gələndən qaçır, bizdən qaçana qaçırıq.. Bəlkə də bu əsnada itirik o xoşbəxtliyi, qapımızın önündəki o həyatı, o eşqi. O kəsdən sonra inam qapılarını bağlayıb, çəkilirik öz içimizdəki o boşluğa, qapıda isə "giriş qadağandır". Yığışdırın o qadağanı, yol verin o bədənin ehtiyac duyduğu sevgiyə.., keçmiş adı üstündədir. Gələcəyə baxın, gələcək axı, gəlirsə xoş gəlsin.. Xoş gəldin deyin, xoşbəxt olun. Yaşayın, ölməyin, ölü ruhlar gəzməsin içinizdə..
Sevgiylə qalın,