Təsisçinin öz peşəkar bacarığına arxalanaraq yaratdığı kiçik bir firma, ildən ilə təcrübə qazanaraq daim böyüyüb və inkişaf edib. Hal-hazırda şirkətimizin istənilən mürəkkəblik səviyyəsinə malik müxtəlif növ reklam və mebel konstruksiyalarını istehsal etməyə qadir, müasir avadanlıqlarla təmin olunmuş, ümumi sahəsi 1300 kv metr olan istehsalat sexləri, 200 kv metr anbarı, avtomobil parkı, yüksək pe
şəkarlığı ilə seçilən usta kollektivi və uzun illərdir əməkdaşlıq etdiyi müştəri bazası var. Hər zaman innovasiya və yeniliklərə açıq şirkət olaraq, tekstil laytbokslar, vakuum presslə hazırlanmış həcmli hərflər, fiber lazerlə metal kəsimi və CNC metal bükümü kimi yeni texnologiyaları ilk olaraq ölkə səviyyəsində reklam sahəsində biz tətbiq etmişik. Fəaliyyətimiz iri həcimli reklam layhələri, promo, poliqrafiya, geniş formatlı çap, dizayn və interyer dizayn xidmətlərindən ibarətdir. Çöl və interyer reklam konstruksiyaları ilə yanaşı, biz eyni zamanda mağaza-mebel konseptlərinin istehsalı ilə də məşğuldur. Dizayn maketinin və layihə-konstruktor sənədlərinin hazırlanmasından tutmuş montaja kimi bütün işləri öz qüvvəmiz ilə görüb, müştəriyə tam hazır işi təhvil veririk. Fəaliyyət göstərdiyimiz illər ərzində təchizatçılarla sıx əlaqələr qura bilmişdir ki, bu da müştəri və partnyorlarımıza xidmətlərin tam spektrini təklif etməyə imkan verir. Qarşımızda qoyulan məsələləri qeyd olunmuş müddətdə və keyfiyyətlə həll edə bilməyimiz üçün iş prosesi öncədən planlaşdırılır və hər etapda yoxlanılır. Üstünlüklərimizdən biri də budur ki, birbaşa istehsalçı olduğumuza görə bizim qiymətlər rəqabətə davamlı, yarana bilən dəyişikliklərə isə çox çevik və operativik.
Əsas məqsədimiz reklam fəaliyyətində təcrübə və bacarıqlarımız sayəsində müştəri məmnuniyyətinə nail olmaqdır. Bu zaman ilk prinsipimiz hər bir müştəriyə fərqli və fərdi yanaşmaqla daha da keyfiyyətli xidmət sərgiləməkdir. Şirkətimiz peşəkar kadr heyəti ilə ölkəmizin yeni quruculuq işlərində böyük həvəslə və yaxından iştrak edir.
“Kontur Reklam” şirkəti tərəfindən istehsaı olunmuş reklam konstruksiyalarını Bakı şəhəri ilə yanaşı, Azərbaycanın bütün bölgələrində görmək mümkündür. Bizim müştərilərimiz sırasında müxtəlif dövlət təşkilatları, iri şirkətlər, mobil telefon operatorları, banklar, avtomobil dilerləri, restoran və kafelər, market şəbəkələri və s.