23/10/2021
21.10.2021-ci il tarixində Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində “E-ticarətin davosu” adlandırılan sayca səkkizinci “World E-Commerce Forum” adı altında beynəlxalq e-ticarət forumu keçirilib. Forumda qlobal e-ticarət liderləri bir araya gəlmişdir və 12 ölkədən 100-ə yaxın nümayəndə 400-dən çox iştirakçı qatılmışdır.
“My Broker “şirkətinin təsisçisi Rəşad Əliyev forumda ölkəmizi e-ticarət üzrə təmsil etmiş və bildirmişdir ki, “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycanda elektron ticarətin inkişafı və ticarətin elektronlaşdırılması daima diqqət mərkəzində saxlanılır və bu istiqamətdə dövlət dəstək proqramları yaradılaraq mühüm addımlar atılır. Bununla yanaşı Azərbaycan Respublikası İqtisadiyyat nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi adından forum iştirkçılarını salamlayıb və uğurlar arzu etmişdir.
Həmçinin “Türkiyə və Azərbaycan arasında E-Ticarət razılaşma memorandumu”nun imzalanması e-ixracın və e-ticarətin inkişafı sahəsinə böyük təsirinin olacağı vurğulanmış və “My Broker” şirkəti “WORLDEF” təşkilatının Azərbaycan nümayəndəsi olaraq əməkdaşlığı dövründə Azərbaycanda E-ticarətin inkişafı ilə bağlı görülmüş işləri qeyd etmiş və gələcəkdə də E-Ticarət və E-İxracın ölkəmiz üzrə daha da inkişafı üçün birlikdə fəaliyyətlərini davam etdirəcəyini vurğulamışdır.
Daha sonra forumda beynəlxalq ticarətə Covid-19 təsirləri, elektron ticarətdə-ödəmə, logistik həllər, müasir İKT-nin tətbiqi, gömrük ve vergi ilə bağlı təcrübələr, rəqəmsal ticarətin inkişaf etdirilməsi, bu sahədə qanunvericiliyin tətbiqi və beynəlxalq təcrübə ilə inteqrasiyası imkanları kimi sahələr üzrə müzakirələr aparılmışdır.
📱: +99450 201 05 30
📧: [email protected]
🌐: www.mybroker.az
📍: Bakı şəhəri, N.Nərimanov rayonu, Əhməd Rəcəbli küç.152