Vakansiya,layihə,təcrübə proqramları - və daha çoxu.".

Vakansiya,layihə,təcrübə proqramları - və daha çoxu.". Yalnız təcrübə proqramları və vakansiyalar paylaşılır💛
Elanınızı mail ünvanına göndərin, paylaşaq💛 Telegram kanalımız�
https://t.me/joinchat/V66OBrShDDinWvhZ

Təcrübənizə ehtiyacımız var!Əhəmiyyətli bir sorğu keçiririk və fikirlərinizə ehtiyacımız var! Rəyləriniz doğru qərarlar ...
01/04/2024

Təcrübənizə ehtiyacımız var!

Əhəmiyyətli bir sorğu keçiririk və fikirlərinizə ehtiyacımız var!

Rəyləriniz doğru qərarlar qəbul etməyimizə və mümkün olan ən yaxşı variantları sizə təklif etməyimizə kömək edəcəkdir.

Həmçinin strategiyalarımızın formalaşmasına və xidmətlərimizin yaxşılaşdırılmasına birbaşa təsir edəcəkdir.

Bunun üçün elə indi linkə klikləyib, sadəcə 5 dəqiqənizi ayırmaqla sorğunu tamamlayın💙

Sosial Media üzrə İnzibatçı axtarılır✨️Vəzifə öhdəlikləri:Sosial Media hesablarına müştərilərdən daxil olan müraciətləri...
04/03/2024

Sosial Media üzrə İnzibatçı axtarılır✨️

Vəzifə öhdəlikləri:

Sosial Media hesablarına müştərilərdən daxil olan müraciətlərin (zəng, mesaj, şərh) cavablandırılması;

Klinikanın bütün xidmətləri barədə müştərilərin həm səsli, həm yazılı müraciətlərinin cavablandırılması, ətraflı məlumatların verilməsi;

Müraciətləri cavablandırarkən etik-davranış qaydalarına riayət edilməsi;

Əlavə araşdırma tələb edən müraciətlərin araşdırılması işinin təşkil edilməsi;

Satış yönümlü yazışmaların, danışıqların aparılması;

Daxil olan yazılı müraciətlərin qrammatik yazı qaydalarına uyğun cavablandırılması;

Namizədə dair tələblər:

Eyni və ya oxşar vəzifə üzrə minimum 1 il iş təcrübəsi;

Analitik düşünmə qabiliyyəti;

Dil bilikləri: Azərbaycan dili mükəmməl olmalı, rus dili arzu olunandır;

Ofis proqramlarından istifadə etmək bacarığı olmalıdır;

Təşəbbüskarlıq, dəqiqlik, operativlik, məsuliyyətlilik;

İş şəraiti:

AR Əmək Məcəlləsinə uyğun sənədləşmə

İş saatı 09:00-dan 18:00-dək

Əmək haqqı - Namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaqdır.

Vakansiya ilə maraqlanan və tələblərə uyğun gələn şəxslərdən CV-sini vakansiya adı email başlığında qeyd edilməklə [email protected] ünvanına göndərmələrini xahiş edirik.

Müsahibəyə yalnız tələblərə uyğun gələn şəxslər dəvət olunacaq.

Özünü Yarat  mərkəzi SMM Menecer ( Təcrübəçi) vakansiyası elan edir.Tələblər:Ali təhsil;Müvafiq sahədə biliklərə malik o...
10/02/2024

Özünü Yarat mərkəzi SMM Menecer ( Təcrübəçi) vakansiyası elan edir.

Tələblər:
Ali təhsil;
Müvafiq sahədə biliklərə malik olmalı;
Yenilikləri və trendləri izləməli;
İşində dəqiq və operativ olmalı;
Verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirməli.

Maraqlı olan namizədlərdən öz
CV - lərini [email protected] elektron ünvanına mövzu yerinə “Təcrübəçi SMM” yazaraq göndərmələri xahiş olunur.

Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Ünvan: Zərifə Əliyeva 28 / Sahil metrosu

QEYD : Təcrübə fəaliyyətini uğurla keçən şəxs işlə təmin olunacaq.

05/09/2023

Salamlar dəyərli qrup üzvləri✨️

Hacettepe Universitetinin Bakı İnformasiya və Əlaqələndirmə mərkəzi olan
İncir and Global Health şirkəti
Satış meneceri vakansiyası elan edir.

İş barədə məlumat

- Gündəlik iş qrafikinə uyğun olaraq bölgə üzrə müştərilərin ziyarət edilməsi və məhsul təqdimatının aparılması
- Müştərilərdən məhsullar üzrə rəy alınması
- Həftəlik plan əsasında satılan məhsullar barədə məlumatların alınması
- Yeni müştəri cəlb edilməsi və onlarla davamlı əlaqələrin yaradılması prosesində iştirak etmək

Namizədə tələblər
- Ginekologiya sahəsində 1 ildən artıq təcrübə
- Satış və marketinq sahəsinə maraqlı olma
- Azərbaycan dilində yazılı və şifahi ünsiyyət
- Təqdimat bacarığı
- Öyrənməyə həvəsli
- Məsuliyyətlilik və dəqiqlik
- Aktivlik və çeviklik

- Ünvan: Çinar Plaza (H.Əliyev prospekti 156)
- Maaş: 400-700 Azn + bonus

Zəhmət olmasa CV-inizi və satış meneceri vakansiyasına müraciət etdiyinizi
077 411 00 16 WhatsApp nömrəsinə yönləndirin.

Audotoriya qarşısında uğurlu şəkildə çıxış etməyə başla!Düzgün təqdimat bacarıqlarını öyrən,natiqlik sənətini mənimsəməy...
18/06/2022

Audotoriya qarşısında uğurlu şəkildə çıxış etməyə başla!

Düzgün təqdimat bacarıqlarını öyrən,natiqlik sənətini mənimsəməyə başla və nitqinlə alqışlan.

Karyeranda,biznesində daha da yüksəlməyinə kömək edən Natiqlik bacarığı kursu ilə bu mövzuları praktiki yollar ilə mənimsiyəcəksiz⤵️

-Natiqlik nədir?
- Niyə səhnə fobiyası yaşayırıq? Bunun öhdəsindən necə gələ bilərik?
- Nitq qiymətləndirmə tapşırığı;
- Ünsiyyət və təqdimat üçün alətlər;
- Təqdimata hazırlıq - Məqsəd, metodlar, tamaşaçı depozitinin və qiymətləndirmə vasitələrinin müəyyənləşdirilməsi;
- Auditoriya ilə iş;
- Çıxışımıza diqqət cəlb etmək;
- Tamaşaçı ilə qarşılıqlı əlaqə yaratmaq - 4 əsas dinləyici ehtiyacı;
- Steve Jobsun SMS modeli;
- Çıxışın strukturu;
- 65/25/10, 7/77 və 15/3 qaydaları;
- Hekayənin gücü.
- Pizza və natiqlik.

İnsanlar qarşısında nitqim bəyəniləcəkmi? narahatlığından qurtulmaq istəyirsinizsə elə indi bizə müraciət edin.

Bu proqrama birlikdə qoşulmaq istədiyiniz dostlarınıza da göndərməyi unutmayın.

Brain Design Karyera İnkişafı Akademiyasının təşəbbüsü ilə yaradılmış "Karyerana başla!" layihəsi çərçivəsində təlimləri...
04/01/2022

Brain Design Karyera İnkişafı Akademiyasının təşəbbüsü ilə yaradılmış "Karyerana başla!" layihəsi çərçivəsində təlimlərimiz başlamışdır!

"Karyerana başla!" layihəsi hansı karyera istiqamətində gedəcəyini bilməyən və ya seçdiyi karyera istiqamətinin onun üçün uyğun olub-olmadığını bilməyən şəxlər üçündür.

Layihədə iştirak edə bilər:
-Tələbələr;
-Karyerasının başlanğıcında olan şəxslər;
-Müxtəlif sahələr üzrə özünü və karyerasını inkişaf etdirmək istəyənlər;

Layihənin ilk təlimi - "Satışda Karyera" təlimi müxtəlif zamanlarda Yelobank, Unibank, Expressbank, Ferrum kapital, Kapital bank kimi ölkənin aparıcı banklarının satış departamentində fəaliyyət göstərmiş Tural Xəlilov tərəfindən həyata keçiriləcək.

“Karyerana başla” təlimlərində iştirak etməyə tələsin!🥳

📆 7 yanvar
🕙 20:00
🎥 Zoom platforması

İştirak üçün qeydiyyat linki
https://rebrand.ly/karyeranabasla

Sumgait Technologies Park Internship Program 2022| STP Recruitment Team 1. İnsan Resursları üzrə təcrübəçi2. Satınalma ü...
21/12/2021

Sumgait Technologies Park Internship Program 2022| STP Recruitment Team

1. İnsan Resursları üzrə təcrübəçi
2. Satınalma üzrə təcrübəçi
3. Arxiv işləri üzrə təcrübəçi
4. SƏTƏM üzrə təcrübəçi
5. Anbar işləri üzrə təcrübəçi
6. Motion Dizayn üzrə təcrübəçi
7. İT Proqramlaşma üzrə təcrübəçi
8. Maliyyə üzrə təcrübəçi
9. Hüquq üzrə təcrübəçi (Korporatiiv Hüquq)
10. Hüquq üzrə təcrübəçi(Mübahisəli məsələlər)
11. Avtomatika və Nəzarət Ölçü Cihazları üzrə təcrübəçi

Qeydiyyat linkini rəy hissəsində yerləşdirirəm💜

işvar   Dəyərli dostlar komandamıza "telemarketing üzrə mütəxəssis" axtarışındayıq.İş barədə qısa məlumat:- Bazar araşdı...
21/12/2021

işvar

Dəyərli dostlar komandamıza "telemarketing üzrə mütəxəssis" axtarışındayıq.

İş barədə qısa məlumat:
- Bazar araşdırmaları etmək və təklif etdiyimiz xidmətlər qarşılığında müştəri ehtiyaclarını müəyyənləşdirmək
- Telefon vasitəsi ilə xidmətlərimizi potensial müştərilərə təklif etmək
- Yeni müştərilərin axtarışını təmin etmək

- İş vaxtı həftəiçi 5 gün- 09:00-dan 18:00-dək

Namizəd üçün isə tələblərimiz çox sadədir.
- Azərbaycan dilində sərbəst, yaxşı nitq qabiliyyəti və özünütəqdimat bacarığı
- MS Office proqramlarında işləmə bacarığı
- Ünsiyyət qurmaq bacarığı
- Səlis, aydın, əmin danışıq tərzi ilə təqdimat bacarığı
- Satış bacarığı.

Tələblərə uyğun namizədlərdən cv-lərini [email protected] email ünvanına, başlıq hissədə "telemarketing üzrə mütəxəssis" yazaraq göndərmələri xahiş olunur.

 #İş var“İNK ACADEMY” İŞ YOLDAŞLARI AXTARIR!İNGİLİS DİLİ MÜƏLLİMİingilis dili müəllimi vakansiyası barədə məlumat1. Müxt...
21/12/2021

#İş var

“İNK ACADEMY” İŞ YOLDAŞLARI AXTARIR!
İNGİLİS DİLİ MÜƏLLİMİ
ingilis dili müəllimi vakansiyası barədə məlumat
1. Müxtəlif yaş qruplarına mərkəz tərəfindən hazırlanmış proqram üzrə ingilis dilinin tədrisi;
2. Maraqlı, effektiv və interaktiv üsullara dərslərin keçirilməsi;
3. Qrup və fərdi formada dərslərin tədris olunması;
4. Tələbələrin aylıq və proqram üzrə hədəflərinə çatması üçün motivasiya və dəstək verilməsi;

İNGİLİS DİLİ MÜƏLLİMİ VAKANSİYASI ÜÇÜN NAMİZƏDƏ TƏLƏBLƏR
1. minimium 1 illik iş təcrübəsi ingilis dili müəllimi kimi;
2. Ali təhsil dərəcəsinə malik ( ingilis dili müəllimi kimi ) ;
3. Tələbələrlə rahat ünsiyyət qura bilmək;
4. IELTS, TOEFL, TKT, TESOL, CELTA sertifikatlarından biri olmalı və ya önümüzdəki 6 (altı) ay ərzində bu sertifikatlardan birini əldə etmək hədəfi;
5. İşini həqiqətən sevmək.
ŞİRKƏT HAQQINDA
“ink academy” keyfiyyətli təhsili qarşısına məqsəd qoymuş təhsil şirkətidir. Təhsil şirkətimiz hal-hazırda rus və ingilis dillərinin tədrisini həyata keçirir. Məqsədimiz qısa müddət ərzində qoyulan hədəflərə uğurla çatmaq və təhsil-tədris sferasında öz səsimizi duyurmaqdır.
Ətraflı məlumat: https://lnkd.in/dWxWGF3X
ƏLDƏ EDƏCƏKLƏRİNİZ
1. Vaxtı-vaxtında verilən maaş (Bilirik bu problemlə rastlaşırsız);
2. Gənc və pozitiv komanda ilə iş imkanı. Biz hətta burada komandadan daha çox bir ailə olacağıq;
3. Rahat iş mühiti. Bütün ilham pəriləriniz bizim ofisimizdə olacaq;
4. Daha çox təcrübə qazanmaq imkanı. Siz təkcə ingilis dili müəllimi kimi yox, həmçinin liderlik, kommunikasiya, idarəetmə bacarıqlarına yiyələnəcksiniz;
5. Networking. Bizimlə çalışdığınız müddətdə müxtəlif layihə və görüşlərdə iştirak edə biləcəksiniz. Yaradılan iş mühiti, özünüinkişaf və yeni tanışlıqlar sayəsində Siz gələcəyin “ulduz” müəllimi olacaqsınız;
6. Dərs saatlarına uyğun rahat iş rejimi.
Yuxarıda qeyd olunanlar sizin üçün uyğundursa, CV`nizi [email protected] ünvanına “İngilis dili müəllimi” başlığı altında göndərə bilərsiniz.

“Stress” XXI əsrin xəstəliyi adlandırılır.Stress nədir? Müsbət və mənfi təsirləri nələrdir? Stressi necə idarə edə bilər...
17/12/2021

“Stress” XXI əsrin xəstəliyi adlandırılır.

Stress nədir? Müsbət və mənfi təsirləri nələrdir? Stressi necə idarə edə bilərik?

Psixoterapevt və Sinir Elmləri uzmanı Aydan Xasməmmədzadənin təqdimatında “Stressin idarəolunması” master klassına qatılaraq stress haqqında yeni biliklər əldə edə bilərsiniz 🤩

📌 Karyera Klub üzvlərinə ödənişsizdir!

📅 19 Dekabr
🕚 20:00
🎥 Zoom platforması

Address

Baku

Website

Alerts

Be the first to know and let us send you an email when Vakansiya,layihə,təcrübə proqramları - və daha çoxu.". posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Vakansiya,layihə,təcrübə proqramları - və daha çoxu.".:

Share