11/03/2026
Marketinqdə uğur qazanmış sahibkarlarla uğursuz qalanlar arasında əsas fərq çox vaxt büdcə və ya məhsul deyil, düşüncə mərhələsidir.
Demək olar ki, hər sahibkar eyni yolu keçir. Biznesin əvvəlində hər vəd inandırıcı görünür. “1 aya satışları partladırıq”, “az büdcə ilə möcüzə”, “garantili nəticə” kimi təkliflər cəlbedici gəlir. Nəticədə isə zaman və pul itirilir, psixoloji yorğunluq yaranır və bir çox sahibkar “bəlkə növbəti dəfə alınar” ümidi ilə eyni dövrədə qalır.
Zaman keçdikcə reallıq özünü göstərir. Sahibkar anlayır ki, marketinq sehr deyil. Nəticə üçün şəffaf sistem, davamlı testlər və dürüst komanda lazımdır. Bu mərhələ adətən ən ağrılı, amma ən öyrədici mərhələ olur.
Daha sonra isə az sayda sahibkar üçüncü mərhələyə çatır, təkamül mərhələsinə. Bu mərhələdə əsas həqiqət dərk olunur: problem çox vaxt kənarda deyil, sistemin içindədir. İşlər getməyəndə günahkar axtarmaq əvəzinə, prosesi, strategiyanı və qərarları analiz edən sahibkar artıq bazarda seçilən oyunçuya çevrilir. O, keyfiyyətin qiymətini bilir, dürüst mütəxəssisi fırıldaqçıdan ayıra bilir və qısa yol yox, düzgün yol axtarır.
Əgər siz də yanlış vədlərlə büdcə itirmisinizsə, marketinqə inamınız azalıbsa və ya nəticə ala bilməmisinizsə, bu çox vaxt geriləmə yox, inkişaf prosesinin bir hissəsidir. Vacib olan doğru mərhələyə keçmək və sistemi düzgün qurmaqdır.
Biz sahibkarlar üçün sadəcə reklam yerləşdirmirik. Satış gətirən, ölçülə bilən və davamlı işləyən marketinq sistemi qururuq.
Biznesinizi növbəti mərhələyə keçirmək istəyirsinizsə, bizə yazın.