Header 1

Header 1 "Header 1" marketinq menecerləri, sahibkarlar və Rəqəmsal Marketinq sahəsi ilə maraqlananlar ?

“Header 1”   və   təlim kursu yekunlaşdı19 fevral – 11 mart tarixlərində Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Fou...
27/03/2020

“Header 1” və təlim kursu yekunlaşdı

19 fevral – 11 mart tarixlərində Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation-nun maliyyə dəstəyi, AYAFE Azerbaijan-nın təşkilati dəstəyi, Mediamark, Elseo.az, Data SoCool şirkətlərinin tərəfdaşlığı, buqelemun.com və Edumap.az-ın media dəstəyi ilə həyata keçirilən “Header 1” SEO və SEM təlim kursu uğurla başa çatdı.

Rəqəmsal Marketinqin SEO (Search Engine Optimization) və SEM (Search Engine Marketing) sahələri üzrə ölkəmizdə kadr azlığını nəzərə alaraq marketinq menecerləri və Rəqəmsal Marketinqlə maraqlananlar üçün onların bu sahə üzrə bilik və bacarıqlarının artırılması və ixtisaslaşmasına dəstək göstərmək məqsədilə həyata keçirilən "Header 1" SEO və SEM təlim kursu yekunlaşdı.

Marketinq sektorunda çalışan və Rəqəmsal Marketinqlə maraqlanan 32 gəncin iştirak etdiyi layihə müddətində SEO və SEM sahələri üzrə ümumilikdə 6 təlim keçirilmişdir.

tarixində keçirilən layihənin 1-ci təlim günü layihə rəhbəri Şirvan Şirvanlının çıxışı ilə başlamış, layihənin məqsədlərinin və proqramının təqdimatı ilə davam etmişdir. Təlimin ikinci hissəsində Azərbaycanlı Google Certified Educator Muzaffer Kharayev -in SEO üzrə ilk təqdimatı baş tutmuşdur.

tarixində baş tutmuş 2-ci təlim günündə saytların SEO strategiyasının qurulmasında önəmli faktorlardan olan “ və ” mövzuları üzrə təlim keçirildi.

tarixində reallaşmış 3-cü təlim günündə saytların axtarış motorlarında optimizasiyası üçün ən vacib amil olan “ ” haqqında, təlim gününün ikinci yarısında isə qonaq spiker, Biznes Analitik Nüsrət Məmmədovun təqdimatında "Rəqəmsal Marketinqin Biznesdə rolu" haqqında təlim sessiyası baş tutub.

tarixində həyata keçirilən layihənin 4-cü gününün birinci hissəsində “ ”-lər haqqında təlim keçirilib. Təlimin ikinci hissəsində 32 iştirakçı ümumilikdə 6 komandaya bölündü və komandaların hər birinə fərqli mövzuda kontent yazmaq və spesifik bir saytın SEO analizinin edilməsi tapşırığı verildi.

tarixində baş tutan 5-ci təlim günündə layihə müddətində öyrədilmiş biliklərin möhkəmləndirilməsi məqsədilə qarşılıqlı müzakirələr əsasında davam edən "Saytların SEO üzrə “Google”-da 100 sıralama faktoru" mövzusu üzrə təlim sessiyası keçirildi.

tarixində reallaşan, layihə çərçivəsində 6-cı gün – təqdimat günündə komandalar hazırladıqları kontent və saytın SEO analizini təqdim etdilər. Komandaların işləri əvvəlcədən müəyyənləşdirilmiş qiymətləndirmə meyarlarına uyğun olaraq təlimçi tərəfindən dəyərləndirildi və qalib komandalar seçildi. Qalib komandaların üzvlərinə onlayn kurslar hədiyyə olundu. Təlim gününün ikinci hissəsində layihə iştirakçıları sertifikatla təltif olundular.

“Header 1” SEO və SEM təlim kursu müddətində təlimlərdə aktiv iştirak edən iştirakçılar arasından Rəqəmsal Marketinqlə maraqlanan, SEO və SEM sahələri üzrə ixtisaslaşmaq istəyən 5 nəfər “Elseo.az”, 1 nəfər isə “Times Consulting” şirkətinə təcrübə proqramına yönləndirildi.

Yekun olaraq, Azərbaycanlı Google Certified Educator Muzaffer Kharayev -in təlimçisi olduğu “Header 1” SEO və SEM təlim kursunun keçirilməsi nəticəsində marketinq sektorunda çalışan və Rəqəmsal Marketinqlə maraqlanan 32 gənc SEO və SEM sahələri üzrə bilik və bacarıqlar əldə etdi və bu sahə üzrə karyerasını davam etdirmək istəyən iştirakçılar ölkəmizdə fəaliyyət göstərən qabaqcıl marketinq şirkətlərinə təcrübə proqramına yönləndirildi və onların bu sahə üzrə ixtisalaşmasına dəstək göstərmək məqsədilə onlayn kurslar hədiyyə olundu.

"Header 1"   və   təlim kursu çərçivəsində 11 mart 2020-ci il tarixində 6-cı təlim keçirildi.Layihə çərçivəsində 6-cı gü...
12/03/2020

"Header 1" və təlim kursu çərçivəsində 11 mart 2020-ci il tarixində 6-cı təlim keçirildi.

Layihə çərçivəsində 6-cı gün - təqdimat günündə əvvəlcədən bölünmüş komandalar verilmiş tapşırıqlar üzrə təqdimatlar etdilər.

Ümumilikdə 32 nəfərin bölündüyü 6 komandanın hər birinə fərqli mövzu haqqında kontent yazmaq və hər komandaya spesifik saytın SEO analizinin edilməsi tapşırığı verilmişdi. Təqdimat günündə komandalar hazırladıqları kontent və saytın SEO analizini təqdim etdilər. Komandaların işləri əvvəlcədən müəyyənləşdirilmiş qiymətləndirmə meyarlarına uyğun olaraq təlimçi tərəfindən dəyərləndirildi və qalib komandalar seçildi. Qalib komandaların üzvləri təcrübə proqramına yönləndiriləcək və onlayn kurslar hədiyyə olunacaq.

Təqdimat gününün ikinci hissəsində iştirakçılar sertifikatla təltif olundu və layihə haqqında öz təəssüratlarını bölüşdülər.

Bununla da, "Header 1" SEO və SEM təlim kursu çərçivəsində təlim sessiyası başa çatdı.

“Header 1” Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation-nun maliyyə dəstəyi, AYAFE Azerbaijan-ın təşkilati dəstəyi, Mediamark, Elseo.az, Data SoCool şirkətlərinin tərəfdaşlığı, buqelemun.com və Edumap.az-ın media dəstəyi ilə həyata keçirilir.

"Header 1"   və   təlim kursu çərçivəsində 4 mart 2020-ci il tarixində 5-ci təlim keçirildi.Beşinci təlim günü ərzində M...
05/03/2020

"Header 1" və təlim kursu çərçivəsində 4 mart 2020-ci il tarixində 5-ci təlim keçirildi.

Beşinci təlim günü ərzində Muzaffer Kharayev -in təqdimatında "Saytların SEO üzrə Google-da 100 sıralama faktoru" mövzusu üzrə təlim sessiyası keçirildi. Qarşılıqlı müzakirələr əsasında davam edən təlim müddətində iştirakçılar SEO strategiyasının qurulmasında ən önəmli faktorları öyrəndilər.

Qeyd edək ki, layihə çərçivəsində 6-cı təqdimat günündə əvvəlcədən bölünmüş komandalar onlara verilmiş tapşırıqlar əsasında etdikləri analizləri təqdim edəcəklər.

“Header 1” Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation-nun maliyyə dəstəyi, AYAFE Azerbaijan-ın təşkilati dəstəyi, Mediamark, Elseo.az, Data SoCool şirkətlərinin tərəfdaşlığı, buqelemun.com və Edumap.az-ın media dəstəyi ilə həyata keçirilir.

"Header 1"   və   təlim kursu çərçivəsində 29 fevral 2020-ci il tarixində 4-cü təlim keçirildi.Dördüncü təlim gününün bi...
01/03/2020

"Header 1" və təlim kursu çərçivəsində 29 fevral 2020-ci il tarixində 4-cü təlim keçirildi.

Dördüncü təlim gününün birinci hissəsində Muzaffer Kharayev -in təqdimatında saytların SEO strategiyası üçün önəmli vasitələrdən olan -lər haqqında

- Backlink
- Create Backlink
- Linkreators

mövzularını əhatə edən təlim sessiyası keçirildi.

Dördüncü təlim gününün ikinci yarısında iştirakçılar ümumilikdə 6 komandaya bölündü və hər komandaya spesifik tapşırıqlar verildi. Komandalar tapşırıqlara 1 həftə ərzində hazırlaşacaq və 6-cı təlim günündə (7 mart) təqdim edəcəklər.

“Header 1” Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation-nun maliyyə dəstəyi, AYAFE Azerbaijan-ın təşkilati dəstəyi, Mediamark, Elseo.az, Data SoCool şirkətlərinin tərəfdaşlığı, buqelemun.com və Edumap.az-ın media dəstəyi ilə həyata keçirilir.

"Header 1"   və   təlim kursu çərçivəsində 26 fevral 2020-ci il tarixində 3-cü təlim keçirildi.Üçüncü təlim gününün biri...
27/02/2020

"Header 1" və təlim kursu çərçivəsində 26 fevral 2020-ci il tarixində 3-cü təlim keçirildi.

Üçüncü təlim gününün birinci hissəsində Muzaffer Kharayev -in təqdimatında saytların axtarış motorlarında optimizasiyası üçün ən önəmli faktor olan haqqında

- Writing SEO Contents
- Content Optimization
- Power Page
- Long Content Writing Tips

mövzuları üzrə təlim sessiyası keçirildi.

Üçüncü təlim gününün ikinci yarısı qonaq spikerimiz, Biznes Analitik Nüsrət Məmmədov-un təqdimatında "Rəqəmsal Marketinqin Biznesdə rolu" haqqında təqdimatla davam etdi.

“Header 1” Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation-nun maliyyə dəstəyi, AYAFE Azerbaijan-ın təşkilati dəstəyi, Mediamark, Elseo.az, Data SoCool şirkətlərinin tərəfdaşlığı, buqelemun.com və Edumap.az-ın media dəstəyi ilə həyata keçirilir.

"Header 1"   və   təlim kursu çərçivəsində 22 fevral 2020-ci il tarixində 2-ci təlim keçirildi.İkinci təlim gününündə Az...
23/02/2020

"Header 1" və təlim kursu çərçivəsində 22 fevral 2020-ci il tarixində 2-ci təlim keçirildi.

İkinci təlim gününündə Azərbaycanlı Google Certified Educator - Muzaffer Kharayev -in təqdimatında saytların SEO (Search Engine Optimization) strategiyasının qurulmasında önəmli faktorlardan olan

- Google Webmaster tools
- Introduction to Keyword Research
- Keywords Analysis Tools
- Usability and User Experience in Website
- Domain and Page Authority

mövzuları üzrə təlim sessiyası keçirildi.

“Header 1” Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation-nun maliyyə dəstəyi, AYAFE Azerbaijan-ın təşkilati dəstəyi, Mediamark Rəqəmsal Agentliyi, Elseo.az, Data SoCool şirkətlərinin tərəfdaşlığı, buqelemun.com və Edumap.az-ın media dəstəyi ilə həyata keçirilir.

"Header 1"   və   təlim kursu çərçivəsində 19 fevral 2020-ci il tarixində ilk təlim keçirildi.Tədbirin birinci hissəsind...
20/02/2020

"Header 1" və təlim kursu çərçivəsində 19 fevral 2020-ci il tarixində ilk təlim keçirildi.

Tədbirin birinci hissəsində tərəfdaş təşkilatların təqdimatı, iştirakçıların və təşkilatçı komandanın tanışlığı prosesi baş tutdu.

Təlim gününün ikinci hissəsində

- What is SEO
- Understanding the SERP
- Google Sandbox Effect
- Search Engine Algorithms

mövzuları üzrə təlim sessiyası keçirildi.

“Header 1” Azərbaycan Gənclər Fondu-nun maliyyə dəstəyi, AYAFE Azerbaijan-ın təşkilati dəstəyi, Mediamark Rəqəmsal Agentliyinin, Elseo.az, Data SoCool şirkətlərinin tərəfdaşlığı, buqelemun.com və edumap.az-ın media dəstəyi ilə həyata keçirilir.

SEÇİM MƏRHƏLƏSİ BAŞA ÇATDI!"Header 1"   və   təlim kursuna iştirakçıların seçim mərhələsi başa çatdı.Layihəmizə göstərdi...
15/02/2020

SEÇİM MƏRHƏLƏSİ BAŞA ÇATDI!

"Header 1" və təlim kursuna iştirakçıların seçim mərhələsi başa çatdı.
Layihəmizə göstərdiyiniz marağa görə hər birinizə təşəkkür edirik. Məlumat üçün bildirək ki, onlayn qeydiyyat formu vasitəsilə ümumilikdə 153 müraciət daxil olmuşdur. Onlardan sadəcə 40 nəfər uğurlu namizəd layihəmizdə iştirak hüququ qazanıb.

Uğurlu namizədlərə iştirakını təsdiq etmək üçün mail vasitəsilə elektron məktub göndərilmişdir. Zəhmət olmasa maillərinizi yoxlayın (Spam bölməsini yoxlamağı unutmayın) və iştirakınızı təsdiq edin.

İştirakı təsdiq etmək üçün son tarix: 16 fevral 23:59.

Seçilməyən müraciətçilər ruhdan düşməsinlər!
Müraicət edənlərin demək olar ki, hamısı çox motivasiyalı idilər. Sadəcə yerlər məhdud olduğuna görə, layihənin məqsədlərinə və qiymətləndirmə meyarlarına uyğun olaraq seçim etdik.

: Qeydiyyat formunda sualların kifayət qədər detallı olması ilə əlaqədar iştirakçıların seçim prosesində müsahibə mərhələsinə ehtiyac qalmadı.

: Əgər iştirak hüququ qazanan şəxslərdən iştirakını təsdiq etməyən və ya hər hansı bir səbəbdən iştirakdan imtina edən olarsa, o zaman digər gənclərə şərait yaratmaq üçün başqa müraicətçilərlə operativ şəkildə əlaqə saxlayıb dəvət edəcəyik.

QEYDİYYAT ÜÇÜN  SON 1 GÜN!Marketinq menecerləri, sahibkarlar, Rəqəmsal Marketinq sahəsində çalışanlar və bu sahə ilə mar...
08/02/2020

QEYDİYYAT ÜÇÜN SON 1 GÜN!

Marketinq menecerləri, sahibkarlar, Rəqəmsal Marketinq sahəsində çalışanlar və bu sahə ilə maraqlananlar üçün Azərbaycanın ilk ödənişsiz SEO layihəsi olan, Google Certified Educator-un təlimçi olacağı və ümumilikdə ölkəmizdə yeni inkişaf etməyə başlayan SEO və SEM mövzularını əhatə edəcək “Header 1” və təlim kursuna qeydiyyat üçün SON 1 GÜN qaldı.

Layihə çərçivəsində təlimlər 19 fevral – 7 mart 2020-ci il tarixlərində keçiriləcəkdir. Təlim kursu 3 həftə, həftədə 2 dəfə, çərşənbə və şənbə günləri olmaqla Univerium Tələbə Şəhərciyində yerləşən Data SoCool-un ofisində keçiriləcəkdir.

Təlimlərin tarixləri:
• 19 fevral – 19:00 - 21:00
• 22 fevral – 17:00 - 19:00
• 26 fevral – 19:00 - 21:00
• 29 fevral – 17:00 - 19:00
• 4 mart – 19:00 - 21:00
• 7 mart – 17:00 - 19:00

Son qeydiyyat tarixi: 9 fevral, 23:59
Layihədə iştirak üçün elektron müraciət formu: http://bit.ly/header1-qeydiyyat

“Header 1”   və   təlim kursunun başlama tarixi dəyişdirildi!“Header 1”   və   təlim kursu çərçivəsində təlimlərin 19 fe...
06/02/2020

“Header 1” və təlim kursunun başlama tarixi dəyişdirildi!

“Header 1” və təlim kursu çərçivəsində təlimlərin 19 fevral – 7 mart 2020-ci il tarixlərində keçirilməsi dəqiqləşdirildi. Təlim kursu 3 həftə, həftədə 2 dəfə, çərşənbə və şənbə günləri olmaqla Univerium Tələbə Şəhərciyində yerləşən Data SoCool-un ofisində keçiriləcəkdir.

Təlimlərin tarixləri:
• 19 fevral – 19:00 - 21:00
• 22 fevral – 17:00 - 19:00
• 26 fevral – 19:00 - 21:00
• 29 fevral – 17:00 - 19:00
• 4 mart – 19:00 - 21:00
• 7 mart – 17:00 - 19:00

İKİNCİ MƏSƏLƏ!
Layihənin başlama vaxtının dəyişdirilməsi ilə əlaqədar olaraq, son qeydiyyat tarixi 9 fevral 23:59-dək uzadılmışdır.

Layihədə iştirak üçün elektron müraciət formu: http://bit.ly/header1-qeydiyyat
Son qeydiyyat tarixi: 9 fevral, 23:59

Yeniliklərdən xəbərdar olmaq üçün sosial mediada bizi izləyin:
: facebook.com/header1.az
: instagram.com/header1.az

"Header 1"   və   təlim kursumuzun təlimçisi - Muzaffer Kharayev Azərbaycanda ilk olaraq rəsmi Google Educator statusunu...
24/01/2020

"Header 1" və təlim kursumuzun təlimçisi - Muzaffer Kharayev Azərbaycanda ilk olaraq rəsmi Google Educator statusunu qazandı.

Müzəffər bəyi təbrik edirik!

Google Certified Educator haqqında:

Google Certified Educator (GCE) is a program designed and managed by Google for educators who use G Suite for Education as part of their teaching and student learning. The program combines classroom experience with Google developed training resources and examinations that lead towards certification.

Təlimçinin hesabı: facebook.com/muzafferkharayev
Təlimçinin hesabı: linkedin.com/in/muzafferkharayev

Rəqəmsal dünyanın yeni layihəsi - “Header 1”   və   təlim kursuna qeydiyyat başladı!“Header 1” daim öyrənməyə həvəsli ol...
23/01/2020

Rəqəmsal dünyanın yeni layihəsi - “Header 1” və təlim kursuna qeydiyyat başladı!

“Header 1” daim öyrənməyə həvəsli olan marketinq menecerləri, sahibkarlar və Rəqəmsal Marketinqlə maraqlananlar üçün SEO (Search Engine Optimization) və SEM (Search Engine Marketing) üzrə təlim kursudur. Layihənin əsas məqsədi iştirakçıların sahə üzrə bilik və bacarıqlarının artırılması ilə onların bu sahədə ixtisaslaşmasına kömək etməkdir.

Layihə çərçivəsində seçilmiş 30 iştirakçıya 15 fevral – 15 mart 2020-ci il tarixlərində, SEO və SEM-lə bağlı nəzəri və praktiki olmaqla ümumilikdə 6 təlim keçiriləcək. Mənimsənilmiş biliklərin yoxlanılması məqsədilə layihə müddətində iştirakçılar komandalara bölünərək onlara tapşırıqlar veriləcək. Sonda ekspertlərin iştirakı ilə komandaların tamamladığı tapşırıqlar dəyərləndirilərək ən yaxşı (bacarıqlı, motivasiyalı) iştirakçılar seçiləcək. Seçilmiş iştirakçılar Azərbaycanda SEO xidməti göstərən şirkətlərə 3 aylıq proqramlarına yönləndiriləcəklər.

İştirakçıların seçim prosesi 2 mərhələdən ibarət olacaq:
1. Elektron müraciət;
2. Müsahibə.
Seçimlər iştirakçıların sahə üzrə biliklərinə və motivasiyasına əsasən aparılacaq.

“Header 1” Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation-nun maliyyə dəstəyi, AYAFE Azerbaijan-ın təşkilati dəstəyi, Mediamark Rəqəmsal Agentliyinin, Elseo.az şirkətlərinin tərəfdaşlığı, buqelemun.com və Edumap.az-in media dəstəyi ilə həyata keçirilir.

Layihənin proqramı: http://bit.ly/header1-proqram
Layihədə iştirak üçün elektron müraciət formu: http://bit.ly/header1-qeydiyyat
Son qeydiyyat tarixi: 9 fevral, 23:59

Yeniliklərdən xəbərdar olmaq üçün sosial mediada bizi izləyin:
: Header 1
: instagram.com/header1.az

Address

Bakıxanov Küçəsi 54
Baku
AZ1000

Telephone

+994705686050

Website

Alerts

Be the first to know and let us send you an email when Header 1 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Header 1:

Share