Azərbaycanciliq ideyasının təbligi İctimai Birliyi

Azərbaycanciliq ideyasının təbligi İctimai Birliyi Dünya Azərbaycanlıların Həmrəyliyi

Prezident İlham Əliyevin XVI BRICS Sammitində iştirakı ölkəmiz üçün mühim əhəmiyyətlidir.İqtisadi əməkdaşlıq və inkişaf ...
28/10/2024

Prezident İlham Əliyevin XVI BRICS Sammitində iştirakı ölkəmiz üçün mühim əhəmiyyətlidir.

İqtisadi əməkdaşlıq və inkişaf sahəsində əhəmiyyətli rol oynayan, dünyanın aparıcı beş ölkəsini - Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanı birləşdirən, 9 üzvü olan BRİCS təşkilatı beynəlxalq bir ittifaqdır. Fəaliyyətə 2006-cı ildən başlayan BRİCS təşkilatının məqsədi üzv ölkələrin iqtisadi inkişafını sürətləndirmək, qlobal iqtisadiyyatda balans yaratmaq və qarşılıqlı əməkdaşlıq vasitəsilə inkişaf üçün əlverişli şərait yaratmaqdır. O cümlədən təşkilat qlobal iqtisadi problemlərin həllində aktiv rol oynamağı və dünya miqyasında iqtisadi ədalətə nail olmağı hədəfləyir.
BRİCS təşkilatı ilə ölkəmizin əlaqələri, Azərbaycanın beynəlxalq əməkdaşlıq və inkişaf sahəsindəki strateji prioritetlərindən irəli gəlir. Zəngin təbii resurslarımız, geosiyasi mövqeyimiz və Avrasiyanın mühüm nəqliyyat qovşağı olaraq rolumuz, bizim BRİCS üzv ölkələri ilə müxtəlif sahələrdə əməkdaşlıq imkanlarımızı genişləndirir. Azərbaycan bu mənada, iqtisadiyyatının diversifikasiyası, nəqliyyat-logistika sahələrinin inkişafı və texnoloji tərəqqi baxımından BRİCS ölkələri ilə qarşılıqlı əlaqələrini artırmağı hədəfləyir.
İnvestisiya, energetika, infrastruktur və texnologiya sahələrində ölkəmizin BRİCS ilə əməkdaşlığı, mühüm potensial daşıyır. Sözügedən təşkilatla Azərbaycanın münasibətlərinin daha da inkişaf etdirilməsi, ölkənin qlobal iqtisadi arenada rolunun gücləndirilməsi və regionda davamlı inkişafa töhfə verməsi üçün perspektivli imkanlar yaradır. Bu baxımdan cari ilin 24 oktyabr tarixində Prezident İlham Əliyevin Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında iştirakı və çıxışı mühim əhəmiyyət kəsb edir. Dövlət başçısı çıxış nitqində qeyd edib: “Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır, bu, 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə bizim tərəfimizdən əyani şəkildə nümayiş etdirilib. Dördillik sədrlik dövründə Qoşulmama Hərəkatı özünün institusional inkişafında böyük addım atıb, beynəlxalq münasibətlər sistemində öz yerini xeyli möhkəmləndirib. Hərəkata uğurlu sədrlik təcrübəsi bu gün bizə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin hazırkı sədri qismində kömək edir”
Ölkəmizin Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrildiyini bildirən ölkə rəhbərimiz bu nəqliyyat yollarının Azərbaycan ərazisində olan bütün seqmentlərinin uğurla fəaliyyət göstərdiyini, bu günki məqamda ərazimizdən yük axınının kəskin artmasını nəzərə alaraq, bu dəhlizlərin ötürücülük imkanlarının artırılmasına əlavə vəsaitlər yatırıldığını nəzərə çatdırıb.
Dövlətimizin başçısı noyabrda Bakının ən böyük beynəlxalq iqlim konfransının – COP29-un keçirilməsi məkanı olacağını vurğulayaraq, təqribən 200 ölkənin COP29-un Azərbaycanda keçirilməsinə dair yekdil qərarının bizim siyasətimizə hörmətin və dəstəyin parlaq sübutu olduğunu xatırladıb. Prezident İlham Əliyev Azərbaycanın Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə verdiyini, iqlim dəyişikliyi, qlobal təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, bir-birinin işlərinə qarışmamaq, qarşılıqlı hörmət məsələlərində qarşılıqlı anlaşmaya nail olunmasına səy göstəriləcəyini bəyan edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında XVI BRICS Sammiti əsnasında görüş keçirilib. Tərəflər ikitərəfli sülh gündəliyinin irəli aparılmasını, həmçinin sülh sazişini, sərhədlərin delimitasiyası və demarkasiyasını, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər. Hər iki ölkənin xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün tez zamanda yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimat verilib.

Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında müstəsna rol oynayır. Balanslaşdırılmış xarici siyasi ku...
27/10/2024

Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında müstəsna rol oynayır.

Balanslaşdırılmış xarici siyasi kursunu ölkəmiz son dərəcə effektli şəkildə həyata keçirir və dünya ölkələri ilə siyasi, iqtisadi, mədəni sahələrdə problemsiz əməkdaşlığı qeyd olunanların təsdiqidir. Bununla yanaşı, rəsmi Bakı siyasi, iqtisadi dialoqa açıq münasibət göstərir. Dünya birliyi, mötəbər təşkilatlarla qarşılıqlı hörmət və ehtiram üzərində qurulan əməkdaşlıq Azərbaycanı beynəlxalq münasibətlərin önəmli tərəfdaşına çevirib. Ölkəmiz həm Şərq və Qərb, o cümlədən də Şimal və Cənubla milli maraqlarını qorumaqla fəal əməkdaşlıq edir. Bütün bunlar da onu deməyə əsas verir ki, Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır. Belə ki, bu, 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə tərəfimizdən əyani şəkildə nümayiş etdirilib. Azərbaycan BMT-dən sonra dünyanın ikinci böyük təşkilatı olan Qoşulmama Hərəkatına dörd il uğurla sədrlik edib, beynəlxalq münasibətlər sistemində öz yerini xeyli möhkəmləndirib. Qoşulmama Hərəkatı mühüm beynəlxalq təsisat olaraq hər bir kəsin səsinin dünya miqyasında eşidilməsinin təməl prinsipidir. Azərbaycanın sədrliyi dövründə isə Hərəkatın institusional inkişafı müşahidə olunmuşdur. Bu məqamda vurğulamaq yerinə düşər ki, Azərbaycanın irəli sürdüyü və üzv dövlətlər tərəfindən dəstəklənmiş digər bir təşəbbüs Nyu-Yorkda Qoşulmama Hərəkatının Dəstək Ofisinin yaradılmasıdır. Azərbaycan Qoşulmama Hərəkatının nisbətən yeni üzvü hesab olunurdu.Azərbaycanın Qoşulmama Hərəkatına 4 illik sədrliyi müddətində bu təşkilatın beynəlxalq aləmdə nüfuzu daha da yüksəldi, onun beynəlxalq gündəlikdə duran qlobal məsələlərin həllində rolu daha da artdı. Sözügedən hərəkata uğurlu sədrlik təcrübəsi hazırda Azərbaycana Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin hazırkı sədri qismində kömək edir. Bütün bu nümunələr deməyə əsas verir ki, Azərbaycan BRICS müstəvisində də fəal əməkdaşlıq həyata keçirəcək.
BRİCS təşkilatı iqtisadi bir təşkilatdır. Bu təşkilata üzv olan ölkələrə nəzər saldıqda arealının geniş olduğunu görmək olar. 2006-cı ildə yaranan BRICS təşkilatının 9 üzvü var. Bu təşkilatın builki sammitinə 36 ölkədən və 6 beynəlxalq təşkilatdan nümayəndə heyətləri, həmçinin 22 dövlət başçısı və BMT-nin Baş katibi Antonio Quterreş qatılıb. 2009-cu ildən bəri BRICS hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasətləri əlaqələndirən vahid geosiyasi bloka çevrilib və dünya əhalisinin təxminən yarısını, qlobal iqtisadiyyatın 1/4-dən çoxunu təşkil edən nəhəng iqtisadi güc mərkəzidir. BRICS qlobal idarəetmənin təkmilləşdirilməsinə və daha ədalətli beynəlxalq nizamın inkişafına töhfə verir.
Həmin təşkilat yarandığı gündən beynəlxalq münasibətlər sisteminin demokratikləşməsinə xidmət edir. Həmçinin, ölkələrin beynəlxalq hüquq, ərazi bütövlüyü, suverenlik və bir-birinin daxili işlərinə müdaxilə etməmə prinsiplərinə sadiq qalaraq, dövlətlər arasında qarşılıqlı faydalı münasibətləri dəstəkləyir, siyasi gündəliyin yalnız bir qrup ölkə tərəfindən inhisarlaşdırılmasının qarşısını alır.
Bugünki dövrün əsas çağırışlarından biri bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılmasıdır ki, burada da Azərbaycanın malik olduğu potensial, əlaqələrin qurulması istiqamətində atdığı addımlar təqdir edilir. Bu, yeni əməkdaşlıq formatının yaradılmasına, yeni körpülərin qurulmasına yol açır. Respublikamız nəhəng enerji infrastrukturu yaradıb ki, bu, Avrasiyanın enerji xəritəsini dəyişdirib. Öz coğrafi mövqeyindən istifadə edən Azərbaycan müasir infrastruktur yaradaraq Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Hazırda Azərbaycan istehsalçı olaraq tranzit ölkələr, o cümlədən istehlakçılar üçün daha təhlükəsiz şərait yaradıb. Enerji təhlükəsizliyi məsələsi əlbəttə ki, milli təhlükəsizliyə bərabər bir məsələdir.Bu faktor hətta milli təhlükəsizlik gündəliyində belə ən başlıca yeri tutur. Beləliklə Azərbaycan öz resurslarını kifayət qədər inkişaf etdirir.
Azərbaycan bu gün özünü nəinki karbohidrogen ehtiyatları ilə təmin edir, həmçinin uzun illərdir ki, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında müstəsna rol oynamaqdadır. Azərbaycan təkcə milli və regional səviyyədə deyil, bununla yanaşı dünya enerji sistemində həlledici mövqe, transmilli enerji bazarlarında özünəməxsus yer tutur.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

“COP29-un ölkəmizdə keçirilməsi Prezident İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində əldə edilmiş böyük nailiyyətdi...
25/10/2024

“COP29-un ölkəmizdə keçirilməsi Prezident İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində əldə edilmiş böyük nailiyyətdir”

Azərbaycanın beynəlxalq nüfuzunun son illər ərzində kəskin şəkildə artdığını göstərən məqamlardan biri də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP 29) bu il Azərbaycanda keçirilməsi ilə bağlıdır....

24/10/2024

СОР29 демонстрирует нашу решимость достичь своих целей в области устойчивого развития
24/10/2024

СОР29 демонстрирует нашу решимость достичь своих целей в области устойчивого развития

СОР29 демонстрирует нашу решимость достичь своих целей в области устойчивого развития Проведение 29-й сессии Конференции сторон Рамочной конвенции ООН об изменени....

Qubadlının erməni işğalçılarından təmizlənməsindən 4 il ötür.
22/10/2024

Qubadlının erməni işğalçılarından təmizlənməsindən 4 il ötür.

2023-cü ilin iyul ayının 31-də Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, hər il oktyabrın 25-də Qubadlı Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək.Bu əlamətdar günün təsis olunması Qubadlı şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalınd...

Qubadlının erməni işğalçılarından təmizlənməsindən 4 il ötür.2023-cü ilin iyul ayının 31-də Prezident İlham Əliyevin imz...
22/10/2024

Qubadlının erməni işğalçılarından təmizlənməsindən 4 il ötür.

2023-cü ilin iyul ayının 31-də Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, hər il oktyabrın 25-də Qubadlı Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək.
Bu əlamətdar günün təsis olunması Qubadlı şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Qubadlının erməni işğalçılarından təmizlənməsindən 4 il ötür.
Rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərini işğalçılardan azad edərək üçrəngli bayrağımızı 30 ilə yaxın müddətdən sonra həmin ərazilərdə qürurla dalğalandırıb.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il 25 oktyabr tarixində Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərinin işğaldan azad edildiyini açıqlayıb.2020-ci il 29 dekabr tarixində dövlət başçısı İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Qubadlının azad olunmasına görə”
medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sözügedən Sərəncama əsasən, Qubadlı rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9376 hərbi qulluqçusu “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib.
2021-ci il 24 iyun tarixində də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Həmin Sərəncama əsasən, Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş 5867 hərbi qulluqçu “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunub.
Qubadlı işğaldan azad olunduqdan sonra orada bərpa və yenidənqurma işlərinə başlanılıb. Ərazinin minalardan təmizlənmə əməliyyatları ilə yanaşı, infrastrukturun bərpası işləri də davam etdirilir.

Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Qubadlının azad edilməsi Qarabağ müharibəsinin strateji hərbi uğurlarından biridirQubadlı şəhərinin işğaldan azad edilmə...
22/10/2024

Qubadlının azad edilməsi Qarabağ müharibəsinin strateji hərbi uğurlarından biridir

Qubadlı şəhərinin işğaldan azad edilməsindən 4 il ötür. Azərbaycanın cənub qərbində yerləşən Qubadlı rayonunun işğaldan azad olunması böyük Qələbəni daha da yaxınlaşdırdı. İkinci Qarabağ müharibəsinin ən əhəmiyyətli və strateji hərbi uğurlarından bir də Qubadlının azad edilməsi hesab edilir. Sözsüz ki, torpağımızın hər bir qarışının azad edilməsi xalqımız üçün böyük qürur və iftixar hissi ilə qarşılanırdı. Doğma torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda canını fəda etmiş oğullarımız bu gün böyük hörmət və ehtiramla yad edilir.
1993-cü il 31 avqust tarixində Qubadlının Ermənistan tərəfindən işğal olunması tariximizin ən acı səhifələrindən biri idi. Rayon erməni işğalında olduğu zaman digər ərazilərimiz kimi böyük dağıntıya, barbarlıq və vandalizmə məruz qalıb. Qubadlının ərazisində bütün sosial infrastruktur dağıdılıb, kommunikasiya xəttləri məhv edilib, ermənilər nə mümkündürsə daşıyıb aparıb. Bir sözlə, ərazidə ekoloji terror həyata keçirib. Nəticədə də xalqımıza külli miqdarda maddi-mənəvi ziyan vurulub.
25 oktyabr 2020-ci il tarixi Vətən müharibəsinin gedişatında əhəmiyyətli dönüş nöqtəsi oldu. Qubadlının azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Düşmən şəhərdə
güclü istehkamlar qurmuş, yüksəkliklərdə hərbi birləşmələri yerləşdirmişdi. Rayonu azad etmək üçün, ilk növbədə, yüksəkliklər götürülməli idi. Belə ki, düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. 44 günlük Vətən müharibəsinin gedişatında Qubadlının işğaldan azad olunması nəticəsində Ordumuz strateji əhəmiyyətli uğur qazandı. Rəşadətli Azərbaycan Ordusunun 27 sentyabrda Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində 9 noyabra qədər Qubadlı şəhəri və rayonun 41 kəndi azad olundu.
Onu da qeyd edək ki, Qubadlı kənd təsərrüfatı üçün əlverişli olmaqla yanaşı, zəngin faydalı qazıntıları ilə tanınır. Qubadlının Hacılı kəndində mişar daşı, Bərgüşad çayının sol sahilində yəşəm, Əliquluuşağı, Qundanlı, Muradxanlı və Başarat kəndlərində mərmərləşmiş əhəng daşı, Mollabürhan kəndinin cənubunda tuf daş yataqları mövcuddur. O cümlədən rayonun Xanlıq kəndində qum-gil, Eyvazlı kəndində əqiq yatağı var. Qubadlı üçün ən əlamətdar günlərdən biri də 23 dekabr 2020-ci il tarixində dövlət başmısı İlham Əliyevin rayonda şanlı bayrağımızı ucaltmasıdır. Sözsüz ki, Prezidentin Qubadlıya hər səfəri mühüm hərbi və infrastruktur obyektlərinin açılışı, təməlqoyma mərasimləri ilə yadda qalır. Qubadlı rayonunda hazırda böyük quruculuq-bərpa işləri həyata keçirilir. Rayonun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır. İşğaldan szad edilmiş torpaqlarda artıq 7 yarımstansiya inşa olunub. Bu infrastruktur layihəsi Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərə alır.
Rəşadətli Ordumuz döyüş meydanında bütün şəhidlərimizin qisasını alıb. Bu gün işğaldan azad edilmiş bütün bölgələrimiz kimi Qubadlıda da böyük quruculuq işləri icra edilir. Bu o deməkdir ki, qubadlılar çox qısa zamanda öz yurd-yuvalarına dönüb əbədi, xoşbəxt yaşayacaqlar. Təbii ki, erməni faşizmi vaxtilə işğalda saxladığı digər rayonlarımız kimi Qubadlıda törətdiyi vəhşiliklərə görə də beynəlxalq hüquq qarşısında cavab verəcək.Ona görə ki, Ermənistan digər rayonlarda olduğu kimi Qubadlıda da çoxsaylı hərbi cinayətlər törədib. Cenevrə konvensiyalarına ziddi olaraq işğal edilmiş torpaqlarımızda qanunsuz məskunlaşma aparılıb. Bütün bu faktlara əsasən Ermənistan beynəlxalq hüquq qarşısında cavab verməli olacaq.
Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi ilə bağlı Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Həmin Sərəncama əsasən 25 oktyabr Qubadlı şəhəri günü kimi müəyyən olub. Xalqımız artıq bu unudulmaz tarixləri bayram günü kimi qeyd edir. Bu münasibətlə Azərbaycan xalqını təbrik edirəm. Tarixi torpaqlarımızın işğaldan azad olunmasında canından keçmiş şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr diləyirəm.

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Address

Baku
1133

Alerts

Be the first to know and let us send you an email when Azərbaycanciliq ideyasının təbligi İctimai Birliyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Azərbaycanciliq ideyasının təbligi İctimai Birliyi:

Share