Zirvə Gənclərin İnkişaf Klubu

Zirvə Gənclərin İnkişaf Klubu Gənclərin Sevimli Məkanı

📍 23.06.2026 tarixində Yeni Azərbaycan Partiyası(YAP) Yasamal Rayon Təşkilatının dəvəti əsasında Zirvə Gənclərinin İnkiş...
23/06/2026

📍 23.06.2026 tarixində
Yeni Azərbaycan Partiyası(YAP) Yasamal Rayon Təşkilatının dəvəti əsasında Zirvə Gənclərinin İnkişaf Klubu olaraq Hərbi Muzeyi ziyarət etdik.

🔹 Ziyarət zamanı muzeydə nümayiş olunan eksponatlarla yaxından tanış olduq, hərbi tariximiz və qəhrəmanlıq salnaməmiz haqqında məlumat əldə etdik.

🔹 Bu cür ziyarətlər gənclərin tarixi irsimizi daha yaxından öyrənməsinə, vətənpərvərlik ruhunun güclənməsinə və milli dəyərlərimizin təbliğinə mühüm töhfə verir.

🔹 Dəvət və göstərilən diqqətə görə Yeni Azərbaycan Partiyası(YAP) Yasamal Rayon Təşkilatına təşəkkürümüzü bildiririk.

🇦🇿Azərbaycan Silahlı Qüvvələrinin Baş leytenantı, İkinci Qarabağ müharibəsi iştirakçısı Röyal Ələkbərov 23 iyun 1994-cü ...
23/06/2026

🇦🇿Azərbaycan Silahlı Qüvvələrinin Baş leytenantı, İkinci Qarabağ müharibəsi iştirakçısı Röyal Ələkbərov 23 iyun 1994-cü ildə Naxçıvan Muxtar Respublikasında anadan olmuşdur.

O, İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmiş, 16 oktyabr 2020-ci ildə Cəbrayıl uğrunda gedən döyüşlər zamanı şəhid olmuşdur.
Allah rəhmət eləsin!

🇦🇿 23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü. Dövlət qulluğu cəmiyyətə və dövlətə sədaqətlə xidmət etməyi, qanu...
23/06/2026

🇦🇿 23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü.

Dövlət qulluğu cəmiyyətə və dövlətə sədaqətlə xidmət etməyi, qanunun aliliyini və vətəndaş məmnunluğunu əsas tutan məsuliyyətli fəaliyyət sahəsidir. Dövlət qulluqçuları öz peşəkarlıqları, bilik və bacarıqları ilə ölkəmizdə səmərəli idarəçiliyin təmin olunmasına, dövlətçilik ənənələrinin möhkəmləndirilməsinə və Azərbaycanın davamlı inkişafına mühüm töhfələr verirlər.

Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə bu şərəfli peşənin bütün nümayəndələrini təbrik edir, onlara möhkəm cansağlığı, fəaliyyətlərində uğurlar, yüksək nailiyyətlər və dövlətimizə xidmət yolunda yeni müvəffəqiyyətlər arzulayırıq.

📅 20.06.2026-cı il tarixində Zirvə Gənclərinin İnkişaf Klubu və psixoloqlar Vüsalə Rəhimli və Aylin Əliyeva arasında əmə...
22/06/2026

📅 20.06.2026-cı il tarixində Zirvə Gənclərinin İnkişaf Klubu və psixoloqlar Vüsalə Rəhimli və Aylin Əliyeva arasında əməkdaşlıq görüşü keçirdik.

Görüş zamanı tərəflər arasında gələcək əməkdaşlıq imkanları müzakirə olundu, gənclərin inkişafına yönəlmiş seminar, təlim və maarifləndirici tədbirlərin təşkili ilə bağlı fikir mübadiləsi aparıldı. Əməkdaşlıq çərçivəsində gənclərin psixoloji inkişafı, şəxsi inkişaf bacarıqları və sosial bacarıqlarının artırılmasına dəstək olacaq layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Səmərəli görüşə və əməkdaşlığa verdikləri töhfəyə görə Vüsalə Rəhimli və Aylin Əliyevaya təşəkkür edirik. Gələcəkdə birgə keçiriləcək təlim və tədbirlərlə gənclərimizin inkişafına töhfə verəcəyinə inanırıq.

🇦🇿Azərbaycan Silahlı Qüvvələrinin Kiçik leytenantı, İkinci Qarabağ müharibəsi iştirakçısı Sadiq Nəcəfli 2000-ci il iyunu...
22/06/2026

🇦🇿Azərbaycan Silahlı Qüvvələrinin Kiçik leytenantı, İkinci Qarabağ müharibəsi iştirakçısı Sadiq Nəcəfli 2000-ci il iyunun 22-də Biləsuvar rayonunda anadan olmuşdur.

O, İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmiş, 8 noyabr 2020-ci ildə Şuşa uğrunda gedən döyüşlər zamanı şəhid olmuşdur.
Allah rəhmət eləsin!

🤝📅 21 iyun 2026-cı il tarixində Zirvə Gənclərinin İnkişaf Klubu ilə Gənclərin Səsi Könüllü Platforması arasında əməkdaşl...
22/06/2026

🤝📅 21 iyun 2026-cı il tarixində Zirvə Gənclərinin İnkişaf Klubu ilə Gənclərin Səsi Könüllü Platforması arasında əməkdaşlıq görüşü keçirilmişdir.

🔹 Görüş zamanı gələcək əməkdaşlıq imkanları, birgə layihələr və gənclərin inkişafına yönəlmiş təşəbbüslər müzakirə olunmuşdur.

🔹 Tərəflər arasında əməkdaşlıq münasibətlərinin qurulması barədə razılıq əldə edilmiş və gələcək birgə fəaliyyət istiqamətləri müəyyənləşdirilmişdir.

🚀 İnanırıq ki, bu əməkdaşlıq gənclər üçün yeni imkanların yaradılmasına mühüm töhfə verəcəkdir.

📌 20.06.2026-cı il tarixində Zirvə Gənclərin İnkişaf Klubunun növbəti iclası uğurla həyata keçirildi.İclas İdarə Heyətin...
21/06/2026

📌 20.06.2026-cı il tarixində Zirvə Gənclərin İnkişaf Klubunun növbəti iclası uğurla həyata keçirildi.

İclas İdarə Heyətinin sədri Maqsud Əhmədzadənin rəhbərliyi ilə keçirildi və təşkilatın cari fəaliyyəti, görülən işlər və gələcək strateji hədəfləri barədə geniş məlumat verildi.

Sədrin birinci müavini Səid Əmrahli çıxış edərək mövcud və planlaşdırılan əməkdaşlıq və tərəfdaşlıq layihələri haqqında iştirakçıları məlumatlandırdı.

İcraçı direktor Cavidan Həzizadə tərəfindən həyata keçirilən layihələr, əldə olunan nəticələr və qarşıdakı dövr üçün planlaşdırılan fəaliyyət istiqamətləri təqdim olundu.

Daha sonra departament rəhbərləri və üzvlər çıxış edərək fikir, təklif və təşəbbüslərini bölüşdülər. İclas qarşılıqlı müzakirə və konstruktiv yanaşma şəraitində yekunlaşdı.

🇦🇿Azərbaycan Silahlı Qüvvələrinin MAHHXHQ əsgəri, İkinci Qarabağ müharibəsi iştirakçısı Abdullayev Həsən 21 iyun 1994-cü...
21/06/2026

🇦🇿Azərbaycan Silahlı Qüvvələrinin MAHHXHQ əsgəri, İkinci Qarabağ müharibəsi iştirakçısı Abdullayev Həsən 21 iyun 1994-cü ildə Daşkəsən rayonunda anadan olmuşdur.

O, İkinci Qarabağ müharibəsi zamanı Kəlbəcərin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmiş, 6 noyabr 2020-ci ildə Şuşa uğrunda gedən döyüşlər zamanı şəhid olmuşdur.
Allah rəhmət eləsin!

🌍 Zirvə Gənclərin İnkişaf Klubunun gəncləri İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantısında iştirak etd...
21/06/2026

🌍 Zirvə Gənclərin İnkişaf Klubunun gəncləri İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantısında iştirak etdi.

19.06.2026-cı il tarixində Zirvə Gənclərin İnkişaf Klubu olaraq Bakı Konqres Mərkəzində keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantısında iştirak etdik. Tədbir iqtisadi inkişaf, beynəlxalq əməkdaşlıq, dayanıqlı inkişaf və innovativ təşəbbüslərin müzakirə olunduğu mühüm beynəlxalq platforma oldu.

Toplantı çərçivəsində müxtəlif ölkələrdən olan nümayəndələr, ekspertlər və sahibkarlarla tanış olmaq, onların təcrübələrini dinləmək və qlobal çağırışlara dair müzakirələrdə iştirak etmək imkanı əldə etdik. Bu təcrübə gənclərin dünyagörüşünün genişlənməsi, beynəlxalq əlaqələrinin güclənməsi və gələcək inkişaf perspektivlərinin formalaşması baxımından olduqca faydalı oldu.

🇦🇿 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Zirvə Gənclərinin İnkişaf Klubu tərəfindən h...
20/06/2026

🇦🇿 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Zirvə Gənclərinin İnkişaf Klubu tərəfindən həyata keçirilən “Zəfərin Memarları – Şanlı Ordumuza Ehtiram” layihəsi çərçivəsində Azərbaycan Ordusunun qəhrəman əsgəri Həsən Yaqubov ilə görüş keçiriləcək.

Prezident cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən “Vətən müharibəsi iştirakçısı”, “Cəsur döyüşçü” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmuş Həsən Yaqubov görüş zamanı iştirakçılarla öz döyüş yolu, Vətən müharibəsində göstərdiyi şücaət və tarixi Zəfərimizin qazanılmasına verdiyi töhfələr barədə fikirlərini bölüşəcək.

Address

Baku

Website

Alerts

Be the first to know and let us send you an email when Zirvə Gənclərin İnkişaf Klubu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Zirvə Gənclərin İnkişaf Klubu:

Share