08/03/2025
💻 META ads üzərindən doğru strategiya ilə verilən müxtəlif sektorlara aid reklam nəticələrinin kiçik bir hissəsini sizinlə bölüşürəm.
✅ Burada️ bəzi mühüm nüansları da qeyd edim.
1. Kontent çox mühümdür. Yəni reklam postlarının formatı, keyfiyyəti, cəlbediciliyi, necə paylaşılması da vacib amildir. Effektiv reklam və yaxşı satış "doğru strategiya + keyfiyyətli kontent" kombinasiyasından ibarətdir. Buna görə də kontentin təsir səviyyəsi ən az 50%-dir deyərdim.
2. Burada məsələ yalnız targeting deyil təbii ki. Xüsusi auditoriyalara xitab edən məhsullara görə hədəfləmələrin rolu ilə yanaşı, əsas olan doğru və keyfiyyətli kontent, reklamların test və analiz edilməsi, data yığıb doğru retargeting reklamlar verilməsi, ACB optimizasiyasından istifadə olunması kimi faktorlar da təsir edicidir. Digər bir əsas məsələ də reklamların nəticəsinin 5-10 gün və ya 5-10 usd xərcə əsasən deyil, uzunmüddət effektiv olmasıdır.
3. Bu KPI (əsas performans göstəriciləri) hər sektorda fərqli olur. Bir sektorda yaxşı olan göstəricilər fərqli sektorda mümkünsüz ola bilər. Yaxud əksinə, bir sektorda yaxşı olan nəticələr digər sektor üçün zəif hesab olunar. Sektor var ki, orada CPR, yəni nəticə başına düşən xərcin 0,5-0,30 usd olması yaxşı nəticədirsə, sektor var ki, orada 1-2 usd arası da uğurlu nəticədir. Rəqabət, tələbat, məhsulun mənfəətliliyi kimi xarici amillər də bura təsir edir.
4. Statistika ilə satışların da yaxşı səviyyədə olmasına müxtəlif faktorlar təsir edir. Məhsulun qiymətinin dəyərinə adekvatlılığı, müştəri ilə satış yönümlü ünsiyyət, xidmətin səviyyəsi və s kimi amillər bura aiddir.