Mafreti old

Mafreti old hgfds Emil Əlizadə - 2012-ci ildən indiyə qədər marketinq sahəsində fəaliyyət göstərirəm. mafreti.com daim müştərilərimizin rahatlığı üçün çalışır.

Azərbaycanın tanınmış Azersun Holdinq, Palsüd və Atena kimi şirkətlərində marka rəhbəri olaraq çalışmışam. Amma bir müddət sonra marketinq xidməti almaq əvəzinə, marketinq xidməti təqdim etmək qərarına gəldim və 2018-ci ildə Emil Alizadeh Branding Agency-ni təsis etdim. Qazandığım təcrübəni daha da təkmilləşdirib ətrafıma yığdığım komanda (onlarsız çox çətin olardı) ilə birlikdə müştərilərə təqdim etməyə başladım və müxtəlif istiqamətlərdə əməkdaşlıqlar etdik və hazırda da edirik.

2000-ci illərdən etibarən internetin xəyal edilə bilməyən bir şəkildə zaman və məkan fərqi güdmədən irəliləyişi onu həyatımızın demək olar ki, mərkəzinə yerləşdirdi. Bu sürətli dəyişmə həm fiziki və həm də zehni sərhədləri ortadan qaldırdı, az qala internetsiz bir həyat düşünülə bilməz oldu. Texnologiyaya sahib olmanın və istifadə etmənin asanlaşması internet istifadəsi və mədəniyyətinin yayılmasını təmin edərkən, təhlükəsizlik sahəsindəki inkişaflar və yenə internetin təmin etdiyi sərhədsiz və sürətli məlumat mübadiləsi, onlayn satışa olan etibarı artırdı. Pərakəndə mağazaçılığında qazanılan təcrübə, qurulan güclü və uzun müddətli tədarükçü əlaqələrinin yanında, 2013-cü ilin axırlarında e-ticarət üçün doğru mühitin meydana gəlməsi mafreti.com'un yaranmasına gətirib çıxardı. İnvestisiya və hazırlıqların ardından yalnız onlayn sifariş və "mafreti" markası ilə davam etmə qərarını aldıq. Təklif etdiyimiz məhsullar istifadə zamanı Sizə rahatlıq bəxş edəcək. Mütəmadi olaraq yenilənən və artan məhsul kateqoriyalarımız axtardığınız məhsulun əldə edilməsində Sizə çox yardımçı olacaq.

Address

Baku
AZ1122

Opening Hours

Monday 09:30 - 17:30
Tuesday 09:30 - 17:30
Wednesday 09:30 - 17:30
Thursday 09:30 - 17:30
Friday 09:30 - 17:30

Website

Alerts

Be the first to know and let us send you an email when Mafreti old posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Mafreti old:

Share