Printin.az

Printin.az TestAkademi

“Təhsil haqqında” qanunda dəyişiklik qəbul edilibMilli Məclis sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin Azərbaycan...
10/02/2026

“Təhsil haqqında” qanunda dəyişiklik qəbul edilib

Milli Məclis sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin Azərbaycanın təhsil müəssisələrindəki əlavə təhsil istisna olmaqla ödənişli təhsilinin dövlət tərəfindən qarşılanmasını qəbul edib.

“Təhsil haqqında” qanunun 14.8-1-ci maddəsinə əsasən, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi” Qaydasının 8.2-ci bəndinə əsasən yenidənhazırlanma təhsili, təkrar ali, orta ixtisas və yüksək texniki peşə təhsili, dərəcələrin yüksəldilməsi, yaşlıların təhsili yalnız ödənişli əsaslarla həyata keçirilir və müvafiq maliyyə xərcləri kadrın çalışdığı təşkilat və yaxud kadrın özü tərəfindən ödənilir. Belə ki, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər üçün də əlavə təhsil ödənişlidir və onların təhsilinə dövlət büdcəsindən vəsait ayrılmır.

Sabahdan müəllimlərin attestasiyası başlayırMədəniyyət Nazirliyinin musiqi və incəsənət sahəsinə aid islahatları çərçivə...
09/02/2026

Sabahdan müəllimlərin attestasiyası başlayır

Mədəniyyət Nazirliyinin musiqi və incəsənət sahəsinə aid islahatları çərçivəsində təhsilin keyfiyyətinin, eləcə də nazirliyin tabeliyindəki musiqi, incəsənət məktəb və mərkəzlərində çalışan təhsilverənlərin peşə səriştə və bacarıqlarının ölçülməsi, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə uyğunluğunun müəyyənləşdirilməsi məqsədilə 2026-cı ilin fevral ayının 10-dan başlayaraq attestasiyanın keçirilməsi nəzərdə tutulur.

Dövlət qulluğuna qəbul imtahanının proqramında yeniliklər edildiBildirilib ki, dövlət qulluğuna qəbul üzrə müsabiqənin İ...
09/02/2026

Dövlət qulluğuna qəbul imtahanının proqramında yeniliklər edildi

Bildirilib ki, dövlət qulluğuna qəbul üzrə müsabiqənin İnformasiya texnologiyaları üzrə test imtahanı proqramlarına müəyyən dəyişiklik edilib. Belə ki, BB vəzifə qrupu üzrə proqrama “Əməliyyat sistemləri” bölməsi, AB vəzifə qrupuna aid proqrama isə “Microsoft Excel 2019 cədvəl prosessoru” bölməsinə aid olan Funksiya kateqoriyaları və MS Excel 2019 elektron cədvəlinin əsas funksiyaları, onlardan istifadə qaydaları mövzuları əlavə edilib.

Müraciət rekord həddə - peşə ixtisaslarına tələb ARTIR2020/2021-ci tədris ilində qəbul olunanların sayı 14 795 nəfər, 20...
07/02/2026

Müraciət rekord həddə - peşə ixtisaslarına tələb ARTIR

2020/2021-ci tədris ilində qəbul olunanların sayı 14 795 nəfər, 2025/2026-cı tədris ilində isə bu göstərici 27 021 nəfər təşkil edib. Bu, təxminən 80–85% artım deməkdir. Eyni zamanda plan yerlərinin dolma faizi də illər üzrə yüksək səviyyədə qalmaqla (təxminən 76–81% aralığında) peşə təhsilinə tələbatın davamlı olduğunu göstərir.

Fevralın 15-i magistratura üzrə imtahan keçiriləcəkAli təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanında iştir...
07/02/2026

Fevralın 15-i magistratura üzrə imtahan keçiriləcək

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanında iştirak edəcək bakalavrlar “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

DİM bu imtahana qeydiyyat elan edir İmtahan 25 aprel 2026-cı il tarixində Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar ...
05/02/2026

DİM bu imtahana qeydiyyat elan edir

İmtahan 25 aprel 2026-cı il tarixində Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S. Axundov, 50. TÜRKPA-nın yanı) təşkil olunacaq. Son qeydiyyat tarixi 5 mart 2026-cı ildir.

Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzi olan Dövlət İmtahan Mərkəzi ingilis dili müəllimləri üçün bilik və bacarıqları beynəlxalq səviyyədə təsdiq edən TKT (Teaching Knowledge Test) kvalifikasiyasının aşağıdakı modulları üzrə imtahan təşkil edir:

TKT Modul 1
TKT Modul 2
TKT Modul 3
TKT Modul YL (Young Learners – azyaşlı öyrənənlərə dilin tədrisi)
TKT Modul CLIL (Content and Language Integrated Learning – dilin məzmunla inteqrativ tədrisi)

Müəllimlər üçün yeni mobil tətbiq istifadəyə verilibElm və Təhsil Nazirliyinin “Rəqəmsal məktəb” layihəsi çərçivəsində h...
04/02/2026

Müəllimlər üçün yeni mobil tətbiq istifadəyə verilib

Elm və Təhsil Nazirliyinin “Rəqəmsal məktəb” layihəsi çərçivəsində hazırlanan “Müəllim” mobil tətbiqi istifadədədir. Tətbiq elektron jurnalın imkanlarını genişləndirir və müəllimlərə davamiyyət, qiymətləndirmə, tədrisin planlaşdırılması və akademik nəticələrin izlənilməsi kimi əsas prosesləri mobil şəkildə daha rahat idarə etməyə imkan verir.

Buraxılış imtahanının bölgələr üzrə tarixləri açıqlanıbMəlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 ill...
04/02/2026

Buraxılış imtahanının bölgələr üzrə tarixləri açıqlanıb

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı 5, 12 və 26 aprel 2026-cı il tarixlərində keçiriləcək.

5 aprel
Xətai, Nərimanov, Qaradağ, Suraxanı, Səbail, Pirallahı, Gəncə (I hissə), Samux, Yevlax, Şəmkir (I hissə), Ağstafa, Şəki, Lənkəran (I hissə), Astara, Yardımlı, Ağdam (o cümlədən Kəngərli, Xıdırlı kənd tam orta məktəbləri) Ağcabədi, Şuşa, Xankəndi (Şəhər 4 nömrəli məktəb və Kərkicahan kənd tam orta məktəbi), Kəlbəcər (Şəhər 1 nömrəli məktəb), Xocalı (Şəhər 1 nömrəli və Ballıca kənd tam orta məktəbləri), Ucar, Zərdab, Şamaxı, İmişli, Hacıqabul, Biləsuvar, Qusar, Siyəzən, Xızı, Şabran

12 aprel
Sabunçu (I hissə), Xəzər (I hissə), Yasamal, Binəqədi, Sumqayıt (I hissə), Abşeron (I hissə), Gəncə (II hissə), Mingəçevir, Daşkəsən, Şəmkir (II hissə), Qazax, Qəbələ, Oğuz, Lənkəran (II hissə), Cəlilabad (I hissə), Masallı (I hissə), Beyləqan, Füzuli, Füzuli (M.Uluqbəy adına 1 nömrəli tam orta məktəb), Zəngilan (Ağalı kənd tam orta məktəbi), Cəbrayıl (M.Mehdizadə adına tam orta məktəb), Ağdaş, Ağsu, Qobustan, Sabirabad (I hissə), Neftçala, Şirvan, Xaçmaz (I hissə), Quba (I hissə), tədrisi ingilis dilində olan məktəblər

26 aprel
Sabunçu (II hissə), Nizami, Xəzər (II hissə), Nəsimi, Sumqayıt (II hissə), Abşeron (II hissə), Naxçıvan, Göygöl, Goranboy, Naftalan, Gədəbəy, Tovuz, Qax, Balakən, Zaqatala, Lerik, Cəlilabad (II hissə), Masallı (II hissə), Bərdə, Tərtər, Göyçay, Saatlı, Salyan, Kürdəmir, İsmayıllı, Sabirabad (II hissə), Xaçmaz (II hissə), Quba (II hissə), Ağdərə (Talış, Göyarx, Həsənriz, Şıxarx, Suqovuşan kənd orta məktəbləri), Laçın (Şəhər 2 nömrəli tam orta məktəb, Zabux, Sus kənd tam orta məktəbləri), Bakı şəhəri üzrə xüsusi məktəblər (internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər), gürcü bölməsi üzrə təhsil alan şagirdlərin məktəbləri.

1000-dən çox namizəd dövlət qulluğuna imtahan verəcəkDövlət İmtahan Mərkəzi (DİM) fevralın 5-də inzibati rəhbər vəzifələ...
03/02/2026

1000-dən çox namizəd dövlət qulluğuna imtahan verəcək

Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 5-də inzibati rəhbər vəzifələrə aid AB, AC və inzibati icraçı vəzifələrə aid BA, BB vəzifə altqruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı və dövlət qulluğunda inzibati vəzifələrin B növünə aid BB vəzifə altqrupuna uyğun vəzifələr üzrə qəbul imtahanı keçirəcək.

Olimpiadaların nəticələri açıqlandıYanvarın 18-də keçirilən Respublika Fənn Olimpiadalarının rayon (şəhər) mərhələsinin ...
02/02/2026

Olimpiadaların nəticələri açıqlandı

Yanvarın 18-də keçirilən Respublika Fənn Olimpiadalarının rayon (şəhər) mərhələsinin nəticələri açıqlanıb.

Şagirdlər nəticələri ilə www.portal.edu.az saytındakı şəxsi kabinetləri vasitəsilə tanış ola bilərlər.

DİM ictimaiyyət üçün açıq görüşləri davam etdirirDövlət İmtahan Mərkəzi sentyabr ayından etibarən şagirdlər, abituriyent...
02/02/2026

DİM ictimaiyyət üçün açıq görüşləri davam etdirir

Dövlət İmtahan Mərkəzi sentyabr ayından etibarən şagirdlər, abituriyentlər, müəllimlər və ümumiyyətlə, qəbul kampaniyasının gedişi ilə maraqlananlar üçün yeni layihəyə start verib. Belə ki, Mərkəzin rəhbərliyinin iştirakı ilə ayda bir dəfə olmaqla aktual mövzular üzrə ictimaiyyət üçün açıq müzakirələr təşkil edilir. Bu görüşlərdə iştirakçıların sualları cavablandırılır, onların təklif və rəyləri dinlənilir.

Növbəti görüş 10 fevral saat 14:00-da DİM-in elektron imtahanlar korpusunda olacaq və “İmtahan proqramları, buraxılış və qəbul imtahanlarında tapşırıq nümunələri və qiymətləndirmə meyarları” mövzusuna həsr olunacaq.

Xaricdə dövlət hesabına TƏHSİL: şərtlər, ölkələr və müraciət prosesiHTP qarşılıqlı əməkdaşlıq prinsipi əsasında həyata k...
30/01/2026

Xaricdə dövlət hesabına TƏHSİL: şərtlər, ölkələr və müraciət prosesi

HTP qarşılıqlı əməkdaşlıq prinsipi əsasında həyata keçirilir. Ayrılan kvotalara uyğun olaraq, proqram həm Azərbaycan vətəndaşlarının xaricdə, həm də xarici ölkə vətəndaşlarının Azərbaycanda müxtəlif təhsil pillələri üzrə təhsil almasına imkan yaradır. Proqram çərçivəsində bakalavriat, magistratura, doktorantura və bəzi ölkələr üzrə tədqiqat sahəsi üzrə müraciət etmək mümkündür.

Hazırda HTP üzrə təhsil almaq mümkün olan ölkələr sırasında Macarıstan, Çin Xalq Respublikası, Qazaxıstan, Rumıniya, Rusiya Federasiyası (MGİMO University), Türkiyə Respublikası (YTB ilə əməkdaşlıq çərçivəsində doktorantura və tədqiqat sahəsi), Tacikistan, Latviya, Qırğız Respublikası və 2026/2027-ci tədris ilindən etibarən Özbəkistan yer alır.

Çin, Rumıniya, Qazaxıstan və Rusiya üzrə beynəlxalq nəqliyyat xərcləri isə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən qarşılanır.

Dil biliyi və yaş tələbləri müraciət edilən ölkədən asılı olaraq dəyişir. Namizədlərdən türk, ingilis, rus və ya çin dili üzrə müəyyən səviyyədə bilik tələb oluna bilər. Eyni zamanda, yaş məhdudiyyəti də hər bir ölkə və təhsil pilləsi üzrə fərqlidir. Namizədlərin orta balı (GPA) əsas qiymətləndirmə meyarlarından biri hesab olunur və minimal tələb ölkəyə görə dəyişir. İş təcrübəsi ümumi şərt olmasa da, bəzi hallarda üstünlük kimi qiymətləndirilə bilər.

Müraciət prosesi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin elektron ərizə sistemi (portal.edu.az) vasitəsilə həyata keçirilir.

Address

Baku

Telephone

+994512062220

Website

Alerts

Be the first to know and let us send you an email when Printin.az posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Printin.az:

Share