ERA Marketing Center

ERA Marketing Center Marketing Research Müştərimizin partnyoru kimi fəaliyyət göstərmək və yüksək standardlara uyğun keyfiyyətli işlə təmin etmək. ERA kimdir?

Bizim Əsas Məqsədimiz:
Müştərilərimizi bu günkü yüksək rəqabətli bazar mühitində strateji qərarlar verməyə kömək etmək üçün həqiqi və etibarlı məlumat və problemlərin həlli yolları ilə təmin etmək. ERA Bileşim şirkətinin marketinq və sosial araşdırma sahəsindəki təcrübəsini tam mənimsəmişdir. Bazarın tələbini hiss edərək və uzun müddətli təcrübəmizə əsaslanaraq biz bazar araşdırmalar, sosial araşdırmalar və promouşen xidmətləri ətrafında qurulmuş Marketing Center şirkətini yaratdıq.

İllər boyu yaranmış konsultant bazamız hesabatın yazılması üçün konsultantları cəlb etmək və müştərilərimizə daha peşəkarlıqla yanaşmağa imkan verir. Hal-hazırda ERA təcrübəli işçi heyəti ilə birlikdə marketinq və sosial araşdırma, ictimai rəy sorğuları və promo aksiyalar həyata keçirərək işini davam etdirir. ERA 14 tam ştatlı idarəedici işçilərdən və bütün Azərbaycanı əhatə edən sahə işinə cəlb olunan və sahə işini müvəffəqiyyətlə bitirən 100 nəfərə yaxın yarım ştat işçilərdən ibarətdir. Dünya standartlarına cavab verən ən müasir avadanlıqlardan və proqramlardan istifadə etməklə ERA yerli və xarici şirkətləri istənilən sferada məlumatla təmin edir. ERA-nın Bileşim şirkəti ilə əməkdaşlığı davam edir və Bileşim şirkəti müqavilə əsasında Azərbaycanda keçirdiyi araşdırma prosesinin aparılmasına, həmçinin hesabatın hazırlanması və nəticələrin təqdimatı işlərinə ERA şirkətini cəlb edir. Eynilə, ERA şirkətinin bilavasitə özünün keçirdiyi müəyyən araşdırma layihələrinin hesabat və təqdimat işlərində Bileşim şirkəti iştirak edir. ERA bazar araşdırması sahəsində müasir üsullardan istifadə etmək və biznes əlaqələrini artırmaq məqsədilə ESOMAR tərəfindən həyata keçirilən müxtəlif seminarlarda, kommersiya prezentasiyalarında və illik konfranslarda iştirak etmək imkanına malikdir. Bu tədbirlər 70 ölkədən 1000-ə yaxın peşəkarı bir araya gətirir. Tamamilə Məxfi Xidmətlər:
Keyfiyyət və kəmiyyət araşdırmaları
Araşdırmanın təşkili və sınağı
Təlim
Sahə işi
Kodlaşdırma və təhlil
Araşdırmanın nəticələrini əks etdirən hesabat

03/07/2026

Address

M. H. Nakchivani 22, Apt. 49
Baku
AZ1065

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 10:00 - 13:00

Alerts

Be the first to know and let us send you an email when ERA Marketing Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share