08/05/2018
*Dünyanın yeddi möcuzəsi* dedikdə öncəlikli olaraq hərkəsin ağlına gələn Misirdəki İsgəndəriyyə Mayakı, Babilin Asma bağları, Misir ehramları, Artemis məbədi, Rodos heykəli və Halikarnas mavzoleyidir.
New7Wonders of the World (2000-2007) dünyanın YENİ yeddi möcüzəsini seçmək üçün başladılmış bir kompaniyadır. Mövcud 200 abidə arasından dünyanın “yeni möcüzələri” -nin seçilməsi üçün altı illik böyük bir səs vermə hərəkatı başladı və dünyanın hər tərəfindən 100 milyon insan səs verməklə dünyanın yeni möcüzələrini müəyyənləşdirdi. Səs vermə internet üzərindən keçirildi və bir nəfərin yeddi abidəyə də səs verməsi mümkün deyildi. Anketin nəticələri 2007-ci ildə Portuqaliyanın Lissabonda şəhərində açıqlandı.
“Dünyanın yeni yeddi möcüzəsi” 2001- ci ildə Bernad Veber tərəfindən əsası qoyulmuş heç bir gəlir məqsədi daşımayan bir təşkilatdır. Birləşmiş Milllətlər ( United Nations) kompaniya başladığı zaman seçim prosesilə bağlı öz məsləhətlərini verərək kompaniyanı dəstəklədiyini bildirib. Buna baxmayaraq Birləşmiş Millətlərin elm, təhsil və mədəniyyət qolu olan UNESCO isə bu səs verməni dəstəkləmədiyini bildirib. Qeyd edək ki bu təşkilat “Yeni yeddi təbiət möcüzəsi” (New7Wonders of Nature) və “Yeni Yedi Möcüzə Şəhər” (New7Wonders Cities) kimi kompaniyalar da həyata keçirmişdir.
Bu da “Dünyanın yeni yeddi möcüzəsi”
Çiçen-İtsa Yukatan, Meksika
İsa Məsihin heykəli, Braziliya
Böyük Çin səddi, Çin
Maçu-Pikçu, Peru
Petra, İordaniya
Kolizey, Roma
Tac-Mahal, Hindistan
Bu linkə daxil olmaqla siz də gələcəkdə yeni keçirələcək səs vermələrin iştirakçısı ola bilərsiniz https://new7wonders.com/