3Dost

3Dost 3Dost Production Since 2010 we are full service advertising agency, and today 3Dost is among the leading advertising agencies in Azerbaijan.

Biz, “44 gün” animasiya filminin yaradıcı komandası olaraq, böyük bir məsuliyyətin altına girdiyimizi dərk edirik.Bu fil...
14/10/2025

Biz, “44 gün” animasiya filminin yaradıcı komandası olaraq, böyük bir məsuliyyətin altına girdiyimizi dərk edirik.
Bu film II Qarabağ müharibəsi şəhidlərinə həsr olunmuşdur — onların qəhrəmanlığını, fədakarlığını və xalqımızın birliyini əks etdirmək bizim üçün həm şərəf, həm də mənəvi borcdur. 🇦🇿
Bu dəyərli layihənin həyata keçirilməsində göstərdikləri dəstəyə və etimada görə Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyinə dərin minnətdarlığımızı bildiririk. 🙏
Biz bu film üzərində bütün ürəyimizi, sevgimizi və enerjimizi qoyaraq, onu ən yüksək səviyyədə və ən layiqli formada ərsəyə gətirmək üçün var gücümüzlə çalışacağıq.
Bu, sadəcə bir film deyil — xalqımızın yaddaşına, şəhidlərimizin xatirəsinə və gələcək nəsillərə ünvanlanmış animasiya filmidir. .culture.az

12/08/2025
27/05/2025

🎞️ Bu da bizim yeni 2D işimiz!

Bu qısa animasiyada çoxlarımızın – o cümlədən bizim də – yaşadığı daxili ağrını komik və bir az da ironik formada göstərməyə çalışdıq. Həm güldürmək, həm də düşündürmək istədik.

Bu ideya bizim şəxsi təcrübəmizdən doğdu və inanırıq ki, sizə də tanış gələcək.

Sizin fikirləriniz bizim üçün çox maraqlıdır. Özünüzü bu hekayədə gördünüzmü?

👇 Şərhlərdə yazın!

03/04/2025

🎬 Azərbaycanın ilk 3D formatında cizgi filmi 🇦🇿

Studiyamız illər öncə Azərbaycan animasiya tarixində ilk dəfə 3D formatında cizgi filmi yaradaraq yeni bir dövrün əsasını qoyub! 🏆

Bu yaxınlarda studiyamızın direktoru Əfəndiyev Rəşad Mədəniyyət TV kanalının "Müasir Azərbaycan filmi" proqramına müsahibə verərək, həmin unudulmaz layihənin yaradılma prosesindən danışıb.

📺 Mədəniyyət TV-yə bu mövzuya yer ayırdıqları və Azərbaycan animasiyasına göstərdikləri diqqət üçün təşəkkür edirik! Kollektivə dərin təşəkkürümüzü bildiririk! 💙

💬 Şərhlərdə suallarınızı yazıb, fikirlərinizi bizimlə bölüşün! Müsahibəni dinləməyi unutmayın – çox maraqlı və maarifləndiricidir! 🎙️

01/04/2025

Studiyamızın direktoru Əfəndiyev Rəşad 04.02.2022-ci ildə animasiya istehsalı haqqında maraqlı müsahibə verib, biz indi görmüşük. 🎥 Onun danışdıqları sizə animasiya dünyasının pərdəarxası məqamlarını kəşf etməyə imkan yaradacaq.

İntervünü izləyin və rəylərinizi bizimlə bölüşün! 💬👇

20/03/2025

🌿✨ Novruz bayramınız mübarək! ✨🌿

Milkidy-nin şən inəkləri sizi bu gözəl bahar bayramı münasibətilə təbrik edir! Qoy Novruz sizə sevinc, bolluq və ailənizlə dolu isti anlar gətirsin! 🌸🌞

📍 Bakı şəhərində real məkanlarda CGI texnologiyası ilə çəkilmişdir – reallıq və animasiyanın sehri! 🎥✨

Milkidy qəhrəmanlarını bəyəndinizmi? Fikirlərinizi rəylərdə bizimlə bölüşün və dostlarınızı şərhlərdə qeyd edin! ⬇️

25/09/2024

Bir neçə il bundan əvvəl, ikinci Qarabağ müharibəsindən əvvəl biz bu tizeri yaratmışdıq. O, cizgi filmi üzərində işin başlanğıcı olmalı idi.

Bir fərdi şəxs, böyük vətənpərvər olaraq, tizerin yaradılmasına sponsor oldu. Həm o, həm də biz ümid edirdik ki, tizer hazır olandan sonra tam cizgi filmi yaratmaq üçün mütləq vəsait tapılacaq.

Qarabağ atının taleyi ilə bağlı çox təsirli və güclü ssenarimiz var idi və bu haqda danışmaq istəyirdik, istəyirdik ki, bu cizgi filmi həm ölkəmizdə göstərilsin, həm də dünyaya nümayiş olunsun. Amma təəssüf ki, tam cizgi filmi yaratmaq üçün vasitə tapa bilmədik... Bütün cəhdlərimizə aldığımız bəhanəli cavab... “Bu bizə nə verəcək? Bizim faydamız haradadır? Qazancımız nə qədər olacaq?"

Bunu öz gücümüzlə etmək mümkün deyildi, çünki müvafiq komanda yığmaq və avadanlıq lazım idi. Biz başa düşdük ki, qeyri-kommersiya layihəsi üçün dəstək tapmaq çox çətindir və biz artıq ümidimizi itirmişdik, ona görə də sizinlə tizer paylaşmaq qərarına gəldik, xoş seyirlər!

Несколько лет назад, еще до второй Карабахской войны, мы создали этот тизер, который должен был послужить началом для работы над мультфильмом.

Одно частное лицо, человек, который является большим патриотом своей родины, стал спонсором для создания тизера. Как он, так и мы надеялись, что после того, как тизер будет готов, обязательно найдутся средства для создания полного мультфильма. У нас был очень трогательный и сильный сценарий про судьбу Карабахского скакуна, и мы хотели рассказать об этом, хотели, чтобы этот мультфильм показали как у нас в стране, так и продемонстрировали миру. Но, к большому сожалению, средств для создания полного мультфильма мы не смогли найти… Все наши попытки были оправданы словами, “А что это нам даст? Где наша выгода? “
Своими силами сделать это было невозможно, так как нужно было собрать соответствующую команду и оборудование. Мы поняли, что очень сложно найти поддержку для некоммерческого проекта, и потеряли уже надежду, поэтому решили поделиться с вами тизером, приятного просмотра!

23/08/2024

Berq Turbo 🔥

Studiyamızın təşkilatçılığı ilə "Berg Turbo" markasının Basqal Resort & SPA -da lansmanı həyata keçmişdir.              ...
13/08/2024

Studiyamızın təşkilatçılığı ilə "Berg Turbo" markasının Basqal Resort & SPA -da lansmanı həyata keçmişdir.

25/04/2024

Aylardır bütün ürəyimizi, əməyimizi verdiyimiz böyük layihəmiz “MILKIDY” ilə qarşınızdayıq! Yolumuz uzaqdan başladı: loqo yaratdıq, personajı yaratdıq, qablaşdırma dizaynı icra olundu, tizer və nəhayət ki reklam filmi ilə gəldik. Bu layihə zamanı əməyi keçən komandamıza təşəkkür edirik, var olun, yoldaşlar! Xüsusi ilə Azərsüd markasının brend meneceri, hörmətli Nərminə xanıma bizə güvəndiyi üçün, hər zaman dəstək olub doğru yol göstərdiyi üçün dərin təşəkkürümüzü bildiririk!

Client: .azerbaijan
Production:
Director: Рашад Эфендиев
DOP:
Line producer:
Art director: Рашад Эфендиев
Production manager: Nigar Mamedova
CGI: 3Dost
Color: Дмитрий Лукьяненко
Sound director: .valiyev
Make up:
Cast: Jafar-Isayeva
Focuspuller:
Camera technique:
Gaffers: .95.99
Art decoration:
Dance performance:
Renral:

Location: SABIS SUN International School - Baku

22/04/2024

Milkidy backstage 🔥

Address

Baku

Opening Hours

Monday 10:00 - 19:00
Tuesday 10:00 - 19:00
Wednesday 10:00 - 19:00
Thursday 10:00 - 19:00
Friday 09:00 - 19:00
Saturday 11:00 - 15:00

Telephone

+994512810604

Alerts

Be the first to know and let us send you an email when 3Dost posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to 3Dost:

Share