18/10/2018
Sakit həyatımızı yaşadığımız günlərin birində, bir yerdən bir səs eşidirik. O səs bizi çağırır. Ölkəmizi, həmvətənlilərimizi bir araya gəlməsi üçün çağırır. O səs bizə: həyatımızın bir göz qırpımında başa çata biləcəyini və yenidən yaşaya bilmək üçün şansımızın olmadığını deyir.Deyir: Müstəqil yaşamaqdır xoşbəxtlik! Qorxmadan yaşamaqdır! Arzularını sərbəst şəkildə yerinə yetirməkdir! Çəkinmədən hiss etdiklərini həyata keçirməkdir! Müstəqillik qaydaları pozub, insanları taptalamaq deyil! Azad ruhda, azad şəkildə, azad ölkədə yaşamaqdır! Niyə? Bəlkə? Birdən? Sualını vermədən həyatı başa vurmaqdır! O səsi eşit və Azad yaşa Azərbaycan!