21/04/2012
Kia tam yeni ‘K9’ sedanını Koreya bazarına təqdim edir
- Tam yeni model Kianın Koreya bazarında ‘K’ seriyası modellərini tamamlayır;
- Kianın ən mükəmməl dizayn, performans və texnologiyaları bir arada.
Bugün Kia tam yeni sedanının ilk rəsmi şəkillərini təqdim edib, avtomobilin Koreya bazarında ilin birinci yarısında satışa buraxılacağı gözlənilir. Şirkət avtomobilin Koreya bazarında ‘KH’ şifrə adı ilə satılacağını təsdiq edib və həmçinin bilidirib ki, avtomobilin xarici bazarlara daxil olma vaxtı və hansı ad ilə satılacağı daha sonra açıqlanacaq.
K9 Kianın ilk arxa ötürücülü sedanıdır. O ən mükəmməl dizayna, idarəetmə performansına və yüksək texnoloji xüsusiyyətlərinə görə 2012-ci il üzrə həm Koreya, həm də xarici bazarda bütün modellər arasında ən səbirsizliklə gözlənilən modellərdən biri hesab edilir.
Koreya bazarında K9 kimi tanınacaq model Kianın yerli bazarda ön ötürücülü K5 (xarici bazarda Optima kimi tanınır) və K7 (xarici bazarda Cadenza kimi tanınır) sedanlarının daxil olduğu ‘K’ seriyasından olan sərnişin avtomobillərini tamamlayacaq.
‘K’ hərfi təkcə Kia və şirkətin vətəni olan Koreyanı simvolizə etmir, o həm də yunan sözü olan ‘Kratos’ (mənası güc, üstünlük və hökmranlıq deməkdir) və ingilis sözü olan ‘Kinetic’ (mənası aktiv və dinamik) sözlərinə əsaslanır.
‘K’ seriyasından olan sedanların üçlüyü Kianın müştərilərə geniş məhsul seçimi təklif etməsinin və innovasiya və texnoloji təkmilləşmələr vasitəsilə qlobal avtomobil sənayesində geniş şəkildə tanıtmağının sübutudur.
Bu yaxınlarda eskizləri təqdim edimiş K9-un eksteryeri dizayn konsepsiyası, və futuristic, incə, fərqli xarizması ilə ‘hay-tek lüks sedan’ imici yaradır.
K9-un Kia-ya xas radiator barmaqlıqlarından, ‘hay-tek lüks avtomobil’ görünüşü verən LED tipli faralarından və geniş kapotunda klassik dizayn əlamətlərindən, onun Kianın DNA dizaynının davamı olduğu görünür. Öndən baxdıqda K9 möhtəşəm və xarakterik təsir bağışlayır.
Bundan başqa təbii və enerjili profil sadə, amma güclü xətləri ilə innovativ və sabit arxa hissə isə ‘hay-tek’ LED tipli kombinasiya fənərləri, lüks xrom işləmələri və buferə inteqrasiya olunmuş səsboğucu ilə lüks avtomobil dizaynının tam yeni mərhələsinin parametrlərini tamamlayır.
Xarici Marketinq Qrupunun direktoru Sun Nam Li bildirib: “K9 bizim ilk arxa ötürücülü sedanımızdır və onun dizaynında, performansında və texnologiyasında heç bir kompromisə yol verilməyib. K9 iri sedan seqmentində yeni standartlar və xüsusiyyətləri özündə birləşdirir, onun dizaynı Kia brendinin heyrətləndirmək bacarığı ilə şüarına sadiqliyinin növbəti sübutudur.”