Gözətçi

Həbsdə olan işçi hüquqları fəalının zorakılığa məruz qaldığı bildirilir10 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan “İşçi...
18/04/2026

Həbsdə olan işçi hüquqları fəalının zorakılığa məruz qaldığı bildirilir

10 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Ayxan İsrafilovun müəssisədə fiziki zorakılığa məruz qaldığı iddia olunur.

Bu barədə onun yaxınları “Abzas Media”ya məlumat verib. Bildirilib ki, hadisə İsrafilov müəssisə rəisinin müavini Kamran Şahsuvarovun qəbulunda olduğu zaman baş verib.

Yaxınlarının sözlərinə görə, İsrafilov daha əvvəl də qəbul zamanı müavinin ona hörmətsiz münasibət göstərdiyini deyib. Onun bildirdiyinə görə, sonuncu belə hal aprelin 13-də baş verib:

“Dəfələrlə müavinin qəbulunda olanda mənə qarşı hörmətsiz davranıb. Sonuncu dəfə aprelin 13-də qəbulda oldum. Yenə məni dinləmirdi. Dedim ki, bəlkə sizə mane oluram. Mənimlə kobud danışmağa başlayanda xahiş etdim ki, mənə qarşı rəftarını dəyişsin”.

Məlumata görə, hadisədən sonra müəssisənin əməliyyatçısı Ruslan Hətəmov İsrafilovdan izahat yazmasını tələb edib. İsrafilov əvvəlcə buna etiraz etsə də, sonradan razılaşıb, lakin yenidən müavinin qəbuluna getmək istəmədiyini deyib.

“Əməliyyatçı dedi ki, narahat olma, heç olmasa öz xeyrinə yaz. Dedim ki, yazaram, amma müavinin qəbuluna getməyəcəm. O yenidən kobud danışacaq, problem yaranacaq. Əvvəl razılaşsa da, sonra məni yenə müavinin qəbuluna apardı. Sonuncu dialoqumuz da sərt keçdi”, – deyə yaxınlarının təqdim etdiyi məlumatda qeyd olunur.

İddialara görə, zorakılıq hadisəsi məhz həmin görüşdən sonra baş verib. Bildirilir ki, İsrafilov hörmətsiz münasibətə etiraz etdikdən sonra vəziyyət gərginləşib və müəssisə rəisinin müavini ona qarşı fiziki zorakılıq tətbiq edib.

Ayxan İsrafilovun yaxınlarına verdiyi məlumata görə, Kamran Şahsuvarov onu boynundan tutaraq yerə əyib və döyməyə başlayıb. İsrafilov huşunu itirdiyini, təxminən bir saat sonra özünə gəldiyi bildirib. Onun boynunda zorakılıq izlərinin qaldığı qeyd olunur.

Məlumata əsasən, hadisə zamanı müəssisədə saxlanılan “Abzas Media”nın direktoru Ülvi Həsənli, həmçinin Cəfər Mirzəyev, Şahin Hacıyev və adlarının açıqlanmasını istəməyən digər məhbuslar da baş verənlərin şahidi olub.

Məsələ ilə bağlı 10 saylı Cəzaçəkmə Müəssisəsindən və Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

Ayxan İsrafilov 2023-cü ilin avqustunda saxlanılıb. Ona əvvəlcə narkotiklərlə bağlı ağır ittihamlar irəli sürülsə də, sonradan Cinayət Məcəlləsinin 234.1.1-ci maddəsinə dəyişdirilib. O, ittihamları qəbul etmir və həbsini ictimai fəaliyyəti ilə əlaqələndirir.

2024-cü il aprelin 2-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İsrafilov 3 il müddətinə azadlıqdan məhrum edilib.

“İşçi Masası” kuryerlərin hüquqları uğrunda fəaliyyət göstərən müstəqil təşkilatdır. Təşkilatın digər üzvləri – Afiəddin Məmmədov, Elvin Mustafayev və Möhyəddin Orucov da müxtəlif ittihamlarla həbs olunublar. Hüquq müdafiəçiləri onları siyasi məhbus kimi tanıyır.

Siyasi məhbus, Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlının həyat yoldaşı Samirə Qasımlıdan məhkəməyə şikayət...
17/04/2026

Siyasi məhbus, Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlının həyat yoldaşı Samirə Qasımlıdan məhkəməyə şikayət edilib

Bu barədə Samirə Qasımlı sosial media hesabında paylaşım edib: “İndicə Elektron Məhkəmə Sistemindən mənə məlumat göndərildi ki, barəmdə Binəqədi Rayon Məhkəməsinə (mən orada qeydiyyatdayam) şikayət edilib. Şikayət edən Azər Qasımlının üzünə duran Qurbanəli Yusibovdur”. Samirə Qasımlı barəsində qaldırılan cinayət işinin detallarını da paylaşıb:

“1(5-93)-57/2026 saylı Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə qeydiyyata alındı”.

Qeyd edək ki, Siyasi Menecment İnstitutunun direktoru, siyasətçi Azər Qasımlı Qurbanəli Yusibovun şikayəti əsasında 2024-cü ilin 8 dekabr tarixində həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.3-cü maddəsi (hədə-qorxu ilə və ya zor tətbiq etməklə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq və məhkəmə prosesi boyu Azər Qasımlının və müdafiəçilərinin qaldırdıqları vəsadətlər təmin edilməyib. Prosessual Məcəllənin tələblərinin ciddi şəkildə pozuntusu ilə həyata keçirilən istintaq və məhkəmə proseslərinin yekununda siyasətçi 12 il müddətinə azadlıqdan məhrum edilib. Azər Qasımlı beynəlxalq və yerli hüquq müdafiə təşkilatları tərəfindən siyasi məhbus hesab olunur.

Qazetci

Anar Məmmədlinin işi üzrə növbəti məhkəmə prosesi keçirilibAprelin 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində Seçkilərin Mo...
14/04/2026

Anar Məmmədlinin işi üzrə növbəti məhkəmə prosesi keçirilib

Aprelin 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) sədri Anar Məmmədli və ictimai fəal Anar Abdullanın işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Hakim Aygün Qurbanovanın sədrliyilə keçirilən məhkəmə prosesi şahidlərin dindirilməsi ilə davam etdirilib.

Növbəti proses 27 aprel, saat 14:00-a təyin olunub.

Xatırladaq ki, Anar Məmmədli 2024-cü ilin aprelin 29-da Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən Azərbaycanda vətəndaş cəmiyyəti və mediaya qarşı aparılan genişmiqyaslı siyasi həbslər çərçivəsində saxlanılıb. Aprelin 30-da ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Daha sonra ona qarşı irəli sürülən ittihamlar iki dəfə ağırlaşdırılıb.

Bir sıra beynəlxalq təşkilatlar, Avropa İttifaqı parlamenti, həmçinin ABŞ Dövlət Departamenti, ABŞ Səfirliyi Azərbaycan hökumətini Anar Məmmədli və digər həbs edilən şəxsləri dərhal azad etməyə çağırıb.

Anar Məmmədli Azərbaycanda seçki hüququ sahəsində ixtisaslaşmış qeyri-hökumət təşkilatının rəhbəridir. O, seçkilərlə bağlı tənqidi hesabatların müəllifidir.

Məmmədli ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun beynəlxalq seçki monitorinq missiyasının tərkibində Türkiyə, Əfqanıstan, Almaniya, Norveç, Ukrayna, Gürcüstan, Qırğızıstan və Albaniyada keçirilən seçkilərin müşahidəsində iştirak edib.

Azərbaycanlı rəsmilər isə bir qayda olaraq Azərbaycanda söz və mətbuat azadlığının hədəf alınması, jurnalistlərin və fəalların əsassız həbsi ilə bağlı ittihamları rədd edir, Azərbaycanda fundamental hüquq və azadlıqların, eləcə də media azadlığının “tam olaraq” təmin edildiyini vurğulayır.

Apellyasiya Məhkəməsi Azər Qasımlının vəsatətlərini təmin etməyibAprelin 13-də Bakı Apellyasiya Məhkəməsində Siyasi Mene...
13/04/2026

Apellyasiya Məhkəməsi Azər Qasımlının vəsatətlərini təmin etməyib

Aprelin 13-də Bakı Apellyasiya Məhkəməsində Siyasi Menecment İnstitutunun həbsdə olan direktoru Azər Qasımlının işi üzrə baxış iclası keçirilib.

Hakim Zəfər Əhmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkilləri vəsatətlər veriblər.

Vəkil Rövşanə Rəhimli müvəkkilinin vəkillərin yanında əyləşməsinə icazə verilməsi üçün vəsatət verib. Məhkəmə vəsatəti təmin edib.

Vəkil həm də prosesin məhkəmə istintaqı davam etdirilməklə aparılması barədə vəsatət verib. O, istintaq dövründə müdafiə tərəfinin araşdırılmasını tələb etdiyi sübutlara məhkəmənin qiymət verməsini istəyib.

Rövşanə Rəhimli daha sonra Azər Qasımlını hədə-qorxuda ittiham edən Qurbanəli Yusifovun keçmiş həyat yoldaşı Fərəhbanu Yusifovanın məhkəmədə dindirilməsi haqqında vəsatət verib. O bildirib ki, siyasətçiyə qarşı ittihamın tam ifşa olunmasına məhz Fərhbanu Yusifova kömək edə bilər.

Fərəhbanu Yusifovanın dindirilməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsi qərar versə də, polis onun tapılmadığını iddia etmişdi. Müdafiə tərəfi onun dindirilməsinin vacibliyini belə əsaslandırırdı ki, Qurbanəli Yusifov istintaqa ifadəsində Azər Qasımlının onun ailəsini dağıtdığını iddia edib və buna Fərəhbanu Yusifova aydınlıq gətirə bilər.

Məhkəmə bu vəsatətləri təmin etməyib.

Azər Qasımlı martın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində 12 il həbs cəzası alıb.

Azər Qasımlı Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi (hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) ilə təqsirli bilinib.

O, ittihamı rədd edir və hakimiyyətin sifarişi ilə həbs olunduğunu bildirirdi.

Cinayət işində iddia olunur ki, Azər Qasımlı ona borcu olan Qurbanəli Yusifov adlı şəxsdən borcunu almaq üçün onu oğlunu qaçırmaq və atasını öldürməklə hədələyib.

Toplum TV

Məhkəmə Xədicə İsmayıla görə hökuməti 12 min avroluq cərimələdiAvropa İnsan Hüquqları Məhkəməsi (AİHM) jurnalist Xədicə ...
07/04/2026

Məhkəmə Xədicə İsmayıla görə hökuməti 12 min avroluq cərimələdi

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) jurnalist Xədicə İsmayılın şikayəti əsasında Azərbaycan hökumətinin daha 12 min avro təzminat ödəməsinə qərar verib.

Bu barədə vəkil Fariz Namazlı məlumat yayıb.

AİHM bundan öncə - bu il yanvarın 27-də Xədicə İsmayıla qarşı hüquq pozuntularına görə 16 min avro təzminat təyin etmişdi. Onda onun qanunsuz sahibkarlığa görə məhkum edilməsi ilə bağlı Konvensiyanın 7-ci (Qanunsuz cəzalandırılmamaq) maddəsinin pozuntusu tanınmışdı.

Bu dəfə isə məhkəmə jurnalistin Azərbaycandan çıxış hüququnun məhdudlaşdırılması barədə şikayətinə baxıb.

2016-cı ilin mayında Ali Məhkəmə Xədicə İsmayıl barəsindəki həbs cəzası hökmünü şərti cəza ilə əvəz etmişdi. Azərbaycan qanunvericiliyində isə şərti cəzaya məhkum edilmiş şəxslərin ölkədən çıxış hüququnun məhdudlaşdırılması nəzərdə tutulur.

Xədicə İsmayıl yerli məhkəməyə müraciət edərək bu qadağanın ləğv olunmasını xahiş edib. O qeyd edib ki, beynəlxalq konfranslara dəvətlər alır və belə tədbirlərdə iştirak araşdırmaçı-jurnalist kimi fəaliyyəti üçün vacibdir. Bundan əlavə, o, cərrahi əməliyyatla bağlı anasını Türkiyədə müşayiət etmək üçün icazə istəyərək tibbi sənədlər təqdim edib.

Lakin müdafiə tərəfinin açıqlamasına görə, yerli məhkəmələr müraciəti rədd edib. Vurğulanıb ki, ona Azərbaycandan çıxmağa icazə verilməsi hakimiyyət orqanlarının sınaq müddəti ərzində onun davranışına nəzarət etmək imkanlarını məhdudlaşdıra və islahına mane ola bilər. Bundan əlavə, məhkəmə bildirib ki, ərizəçinin ölkəyə qayıdacağına dair heç bir təminat yoxdur.

Fariz Namazlının bildirməsinə görə, AİHM işə baxaraq bu qənaətə gəlib ki, şəxsin cinayət məsuliyyətinə cəlb olunması və hələ reabilitasiya edilməməsi onun ölkəni tərk etmək azadlığına məhdudiyyət qoyulmasını əsaslandırmaq üçün kifayət deyil.

Qərarda göstərilir ki, sözügedən işdə yerli məhkəmələr ərizəçinin xaricə səfər etmək hüququna qoyulmuş məhdudiyyətin proporsionallığını lazımi şəkildə qiymətləndirməyib və buna dair əsaslandırma təqdim etməyiblər.

Buna görə də, məhkəmə Avropa İnsan Hüquqları Konvensiyasının 4 saylı protokolunun 2-ci (hərəkət etmək azadlığı) maddəsinin pozuntusunu tanıyıb. Azərbaycan hökumətinin jurnalistə maddi və mənəvi zərərə görə 10 min, hüquqi xərclərə görə isə 2 min avro təzminat ödəməsinə qərar verib.

Azadlıq qəzeti

Ali Məhkəmə Müsavat Partiyası və Milli Şuranın həbsdə olan üzvü Tofiq Yaqublunun kassasiya şikayətini təmin etməyibAprel...
02/04/2026

Ali Məhkəmə Müsavat Partiyası və Milli Şuranın həbsdə olan üzvü Tofiq Yaqublunun kassasiya şikayətini təmin etməyib

Aprelin 2-də hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən məhkəmə iclasında qərar elan olunub və əvvəlki hökm qüvvədə saxlanılıb.

Siyasətçinin qızı Nigar Həzi bildirib ki, qərar Tofiq Yaqublunun iştirakı olmadan açıqlanıb.

Tofiq Yaqublu 2023-cü ilin dekabrında həbs edilib. 2025-ci il martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, dələduzluq və saxta sənəd hazırlama ittihamları əsasında 9 il müddətinə azadlıqdan məhrum edilib. İttihamları qəbul etməyən Yaqublu hökmə etiraz olaraq 40 gün aclıq aksiyası keçirib.

Tofiq Yaqublu uzun illərdir hakimiyyətin tənqidçilərindən biri kimi tanınır və müxtəlif dövrlərdə bir neçə dəfə saxlanılıb.

Beynəlxalq təşkilatlar onu vicdan məhbusu kimi tanıdıqlarını bəyan ediblər.

AbzasMedia

Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir Bakı İstintaqTəcridxanasında saxlanılan Vətəndaş Hüquqları İnstitutunu...
25/03/2026

Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir

Bakı İstintaqTəcridxanasında saxlanılan Vətəndaş Hüquqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Bəşir Süleymanlıya qarşı saxlandığı təcridxanada təzyiqlər edilir.

Bu haqda Bəşir Süleymanlının yaxınları bildirib.
Məlumata görə, Bəşir Süleymanlının saxlanıldığı kameraya məqsədli şəkildə bir məhkum salınıb. Həmin məhkumun davranışları normal deyil, psixi problemləri olduğu güman edilir və həmin şəxs müxtəlif dərmanlar qəbul edir.

Bəşir Süleymanlı həmin məhkumun məqsədli şəkildə və ona təzyiq üçün onun saxlandığı kameraya gətirildiyini və hər an təxribatla üzləşə biləcəyini ehtimal edir.

Təzyiqlərin səbəbi isə onun ictimai fəaliyyətinə görə həbs edilməsi və siyasi məhbus olmasıdır.
Bəşir Süleymanlı bəyan edib ki, o, saxlandığı təcridxanada hər an təxribatla üzləşə bilələr.

Bəşir Süleymanlının yaxınları ilə zənglərə də məhdudiyyət qoyulub. Belə ki, ötən bazar günü Bəşir Süleymanlının zəng günü olsa da, ona bu şərait yaradılmayıb. Bu da təzyiqlərin bir tərkibi olduğu güman edilir.

Bəşir Süleymanlı mətbuat vasitəsi ilə ona edilən təzyiqlərə və ehtimal edilən təxribatlara görə, ölkə ictimaiyyətinə, Ombudsmana, Avropa İttifaqının Bakı nümayəndəliyinə, xarici ölkələrin Bakıdakı səfirliklərinə müraciət edərək məsələni diqqətdə saxlamağı xahiş edib.

Xatırladaq ki, Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı ötən il martın 14-də vətəndaş cəmiyyətinin bir neçə təmsilçisi ilə birgə saxlanıb. Onlara qarşı Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Bəşir Süleymanlı ona qarşı sürülən ittihamları rədd edir.

“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra h...
23/03/2026

“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada onun vəziyyəti daha da çətinləşib

Bu haqda Meydan TV-yə “İşçi Masa”sından məlumat veriblər.

Ayxan İsrafilov bildirib ki, barakdakı vəziyyəti ictimailəşdirəndən sonra ona qarşı təzyiqlər artıb:

“Bir neçə gün əvvəl paylaşdığım yazı problemi nəinki həll etmədi, hətta elə bir vəziyyət yarandı ki, sanki cəlladlarıma yazdığım məktubdan xəbər tutublar. Hiss edirəm ki, təzyiqlər artıb. Mənimlə ünsiyyət saxlayan az sayda insanlar daha da azalıb və yalnız “salam”, “sağ ol”la kifayətlənirlər. Sonuncu dəfə bu cür izolyasiyanı uşaqlıq illərində yaşamışdım. İkinci və ya üçüncü sinifdə oxuyurdum. Evdə pul yox idi ki, saçımı qırxdırım. Saçım uzun idi. Bir dəfə müəllim buna görə məni ayağa qaldırıb danladı. Sonra bütün sinfə dedi ki, guya saçımda bit var. Heç kəs mənə yaxın gəlmirdi. Başda Penitensiar Xidmət olmaqla bütün ölkə hökumətinə “minnətdaram” ki, uşaqlıq travmalarımı unutdurmur. Əgər qısa zamanda müəssisə rəhbərliyi bu problemi həll etməsə, mən özüm həll edəcəyəm, özü də qəti şəkildə. Məndən keçdi” – Ayxan İsrafilov məktubunda deyir.

Ayxan İsrafilov martın 17-də bildirmişdi ki, barakda ona qarşı sosial izolyasiya var.

Ayxan İsrafilov 2023-cü il avqustun 11-də narkotik maddələrin əldə etmə, daşıma maddəsi ilə ittiham olunaraq həbs edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində bu ittihamla ona 3 il azadlıqdan məhrumetmə cəzası verilib.

Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilirMartın 18-də Səbail Ray...
18/03/2026

Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir

Martın 18-də Səbail Rayon Məhkəməsində bununla bağlı təqdimata baxılıb və Zabil Qəhrəmanov barəsində seçilmiş həbs qətimkan tədbirinin daha 2 ay müddətinə uzadılmasına qərar verilib.

Zabil Qəhrəmanov ötən il oktyabrın 23-də avtoyuma məntəqəsində bir nəfərə xəsarət yetirməkdə şübhəli bilinərək saxlanılıb.

Sonradan ona qarşı əlavə ittihamlar irəli sürülüb.

Hazırda o, Cinayət Məcəlləsinin 4 maddəsi - 221.2.2-ci (xuliqanlıq - ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərmək), 178.2.2-ci (Dələduzluq, təkrar törədildikdə), 178.2.3-cü (Dələduzluq, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4-cü (Dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) ilə ittiham olunur.

Daha öncə - oktyabrın 8-də Vəkillər Kollegiyası Zabil Qəhrəmanovun fəaliyyətinin dayandırılması barədə qərar qəbul edib. Qərara əsasən, vəkil 6 ay fəaliyyət göstərə bilməyəcəkdi.

Zabil Qəhrəmanov Tovuz rayonunda 11 yaşlı Nərmin Quliyevanın oğurlanıb öldürülməsində ittiham olunan İlkin Süleymanovun vəkili kimi tanınır.

O, həmçinin, AXCP Daşkəsən rayon şöbəsinin sədri Sahib Məmmədzadənin, partiyanın Gəncə şöbəsinin üzvü Şahin Hacıyevin və başqa fəalların da hüquqlarını qoruyub.

Toplum TV

📢 Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıbMartın 16-da hüquq müdaf...
17/03/2026

📢 Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

Martın 16-da hüquq müdafiəçisi, “Müdafiə Xətti” hüquq-müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərova qarşı açılmış cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan prosesdə ev və torpaq alqı-satqısı ilə məşğul olduqlarını deyən iki nəfər şahid qismində dindirilib.

İttihama əsasən, Rüfət Səfərov Natiq İmanquliyev adlı şəxsdən torpaq satmaq vədi ilə 60 min manat alıb, lakin nə torpağı təqdim edib, nə də pulu geri qaytarıb. İddia olunur ki, 2024-cü il dekabrın 3-də İmanquliyev Səfərovgilin yaşadığı binanın qarajına gələrək pulunu tələb edib, tərəflər arasında mübahisə yaranıb və nəticədə Səfərov ona xəsarət yetirib.

Təqsirləndirilən şəxs isə bu ittihamları qəbul etmir. O bildirib ki, saxlanıldığı günədək İmanquliyevlə heç vaxt görüşməyib və ondan pul almayıb. Səfərovun sözlərinə görə, həmin gün qarajda avtomobildən düşərkən qarşı tərəf qəfil ona hücum edib.

Məhkəmədə dindirilən şahidlər ifadələrində bildiriblər ki, İmanquliyevin daha əvvəl torpaq sahəsi aldığını bilirlər və həmin alqı-satqı prosesində vasitəçi kimi iştirak ediblər. Lakin onun ikinci dəfə torpaq almaq istəyi, bu məqsədlə kimə və nə qədər pul verməsi barədə məlumatlarının olmadığını deyiblər.

Ətraflı: https://bitly.cx/WYYg6

Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındıBu gün, 16 mart tarixində Bakı Ağır Cinayətlər Məhkəməsində Seçkilərin Mo...
16/03/2026

Anar Məmmədlinin məhkəmə prosesi təxirə salındı

Bu gün, 16 mart tarixində Bakı Ağır Cinayətlər Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) həbsdə olan sədri Anar Məmmədli və ictimai fəal Anar Abdullanın cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Hakim Aygün Qurbanovanın sədrliyi ilə baş tutan məhkəmə iclası şahidlərin prosesdə iştirak etməməsi səbəbindən təxirə salınıb.

Məhkəmənin qərarına əsasən, növbəti iclas 13 aprel tarixində saat 14:00-a təyin olunub.

Anar Məmmədli 2024-cü ilin aprelin 29-da Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən Azərbaycanda vətəndaş cəmiyyəti və mediaya qarşı aparılan genişmiqyaslı siyasi həbslər çərçivəsində saxlanılıb. Aprelin 30-da ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Daha sonra ona qarşı irəli sürülən ittihamlar iki dəfə ağırlaşdırılıb.

Bir sıra beynəlxalq təşkilatlar, Avropa İttifaqı parlamenti, həmçinin ABŞ Dövlət Departamenti, ABŞ Səfirliyi Azərbaycan hökumətini Anar Məmmədli və digər həbs edilən şəxsləri dərhal azad etməyə çağırıb.

Anar Məmmədli Azərbaycanda seçki hüququ sahəsində ixtisaslaşmış qeyri-hökumət təşkilatının rəhbəridir. O, seçkilərlə bağlı tənqidi hesabatların müəllifidir.

“Yoldaş Media”-nın təsisçisi və ictimai fəal Əhməd Məmmədliyə 6 il həbs cəzası verilibMartın 16-da Bakı Ağır Cinayətlər ...
16/03/2026

“Yoldaş Media”-nın təsisçisi və ictimai fəal Əhməd Məmmədliyə 6 il həbs cəzası verilib

Martın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə bu barədə qərar qəbul edilib.

Prosesdə çıxış edən dövlət ittihamçısı isə təqsirləndirilən şəxsin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Əhməd Məmmədli ötən il mayın 6-da saxlanılıb və mayın 8-də barəsində həbs qətimkan tədbiri seçilib.

O, Cinayət Məcəlləsinin sağlamlığa qəsdən ağır zərər vurma və xuliqanlıq maddələri ilə ittiham olunur.

İttiham aktında iddia olunur ki, o, sərnişin kimi mindiyi avtomobildəki digər sərnişinə mübahisə zəminində bıçaqla xəsarət yetirib.

Özü ittihamı rədd edir və keçmiş siyasi-ictimai və hazırki jurnalist fəaliyyətinə görə cəzalandırıldığını deyir.

Toplum TV

Address

Azerbaijan Str
Baku
1007

Alerts

Be the first to know and let us send you an email when Gözətçi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Gözətçi:

Share

Avropa Məhkəməsinin hüquqşünasların şikayəti ilə bağlı qərarı

https://bit.ly/2YeA2MN