Reyhan Media – müasir reklam agentliyi, brendinizi bazarda tanıtmaq və müştəri bazanızı genişləndirmək üçün innovativ xidmətlər təqdim edir. Biz, müştərilərimizin istəklərini əsas prioritetimiz olaraq qəbul edərək, 360° marketinq xidmətlərimizlə biznesinizi sürətli böyütməyi və inkişaf etdirməyi təklif edirik. Xidmətlərimiz:
• Sosial Media Marketinq (SMM): Sosial media platformalarında brendinizi
n aktivliyini artırırıq. Satış fokuslu
məzmun strategiyaları hazırlayır, izləyici bazanızı genişləndirir və müştərilərinizlə səmərəli əlaqə qururuq.
• Dizayn Xidmətləri: Brendinizi estetik baxımdan ön plana çıxaran yaradıcı dizaynlar təqdim edirik. Loqo dizaynı,
post dizaynı və digər vizual materiallarla brend imicinizi gücləndiririk.
• Influenser Reklamları: Brendinizi geniş auditoriyaya tanıtmaq üçün müvafiq influenserlərlə əməkdaşlıq edirik. Bu,
müştərilərinizlə daha yaxın əlaqələr qurmağa imkan yaradır.
• Brendinq: Brendinizin önəmini və mesajını aydın şəkildə çatdıran strateji brendinq xidmətləri təklif edirik.
• Foto və Video (DRON) Çəkiliş: Professional foto və video çəkiliş xidmətlərimiz ilə brendinizin hekayəsini vizual
olaraq ifadə edirik. Müxtəlif tədbirlərdən, məhsul təqdimatlarına qədər hər sahədə yaradıcılığımızla Sizi
dəstəkləyirik.
• Vebsayt İnkişafı: Müasir və funksional vebsaytlar hazırlayaraq brendinizin onlayn imicini gücləndiririk. Vebsaytlarınızın SEO optimizasiyası ilə müştəri cəlb etməyi hədəfləyirik.
• Səsləndirmə: Video və reklamlarınızda professional səsləndirmə xidmətləri təqdim edirik. Mesajınızı daha təsirli
şəkildə çatdırmaq üçün müxtəlif üslublarda səs təmin edirik.
• Kopiraytinq: Brendinizin imicini gücləndirən, müştəri cəlb etməyə yönəlik keyfiyyətli yazılı məzmunlar
hazırlayırıq.
• Targetinq (Sponsorlu Reklam): Hədəf auditoriyanızı doğru müəyyənləşdirərək, effektiv sponsorlu reklam kampaniyaları yaradırıq. Bu, kampaniyalarınızın dönüşüm dərəcələrini artırmağa kömək edir.
• PR İşləri: Brendinizin ictimaiyyətlə münasibətlərini inkişaf etdirmək üçün PR strategiyaları hazırlayırıq. Müxtəlif PR fəaliyyətləri ilə brendinizin tanınmasını artırırıq.
• TV və Radio Reklamları: Brendinizi geniş kütləyə tanıtmaq üçün TV və radio reklamları hazırlayırıq. Effektiv reklam kampaniyaları ilə mesajınızı geniş auditoriyaya çatdırırıq.
• Brandbook Xidmətləri: Brendinizin vizual və kommunikasiya qaydalarını əks etdirən brandbook hazırlayaraq,
brend imicinizi sistematik bir şəkildə idarə etməyə kömək edirik. Niyə Reyhan Media? Reyhan Media ilə əməkdaşlıq edərək, brendinizin tanınmasını artırmaq, müştərilərinizlə daha yaxın əlaqələr qurmaq və bazar lideri olma yolunda irəliləmək üçün doğru addımı atmış olacaqsınız. Bizimlə birlikdə idealarınızı gerçəkləşdirin və uğurunuza doğru bir addım daha atın! Hər Partnyora fərdi yanaşma tətbiq edərək, sizin unikal ehtiyaclarınıza uyğun həllər təqdim edirik. Uğurunuzu bizimlə paylaşın! Hörmətlə, Medianın Bağbanı – Reyhan Media!