28/01/2021
İctimai nəqliyyatda nağdsız və təmassız ödənişlərin stimullaşdırılması layihələrindən biri üçün reallaşdırdığımız fotoçəkiliş.
Layihə transmilli maliyyə şirkəti olan VISA və “Paşa Bank” ASC əməkdaşlığı çərçivəsində həyata keçirilib.
Nağdsız və təmassız ödənişlərin tətbiqinə ilk olaraq Sumqayıt şəhər ictimai nəqliyyatında başlanıldı. Sərnişinlər üçün gediş haqqını istənilən təmassız bank kartı və NFC texnologiyasını dəstəkləyən cihazlar ilə ödəmək imkanı yaradıldı.
Çəkilişlərimiz də məhz Sumqayıt şəhərində baş tutdu.