17/09/2026
Robot təqdimatında gözlənilməz an
Yeni tədris ilinin ilk günündə Xəzər Universitetində tələbələrə yeni alınan robotlar təqdim olunub.
Təqdimat zamanı isə maraqlı an yaşanıb. Robotlardan biri idarəetmədən çıxaraq hərəkətini itirib və aşıb. Gözlənilməz hadisə auditoriyada gülüşə səbəb olub.
Universitetin yeni texnologiyaları tələbələrə ilk gündəcə belə nümayiş olunub.