01/12/2022
30 noyabr 2022-ci il tarixində saat 14:00-da Aqrobiznes və idarəetmə fakültəsinin dekanı Ə.Əsgərov, Marketinq kafedrasının müdiri V.Məmmədova, TEC sədri G.İbrahimova, marketinq kafedrasının müəllimləri və tələbələrin iştirakı ilə Aqrobiznes və idarəetmə fakültəsinin Marketinq kafedrasında "Gənc marketoloqlar" adlı dərnəyin növbəti iclası keçirilmişdir.
Dərnəkdə çıxış edən tələbələr:
1-ci yer: Orucov Xəyal 4-cü kurs Aqromühəndislik- Mövzu : Uğurlu marketinq planları və reklamları. (Rəhbər: G.İbrahimova)
2-ci yer: Şükürzadə Cəmilə-marketinq 4-cü kurs -Mövzu: Restoran tanıtımı- (Rəhbər: A.Həsənov)
3-cü yer : Məmmədli Nicat -iqtisadiyyat 4-cü kurs(rus bölməsi) Mövzu: Rəqəmsal marketinq və rəqəmsal valyutalar-(Rəhbər:A.Bağırova)
Növbəti çıxışlar:
Əsgərov Bəhruz-Marketinq 4-cü kurs (rus sektoru) Mövzu: Gemification -(Rəhbər:A.Bağırova)
Hüseynova Aytac -iqtisadiyyat 4-cü kurs Mövzu: Rənglərin alıcı psixologiyasına təsiri- (Rəhbər:T.Camalov)
Məmmədov Nihad Marketinq 2-ci kurs Mövzu: Büdcə-vergi sistemi ( Rəhbər :A.Həsənov)
Sonda çıxış edən tələbələrə təşəkkürnamələr və kitablar hədiyyə olundu və xatirə şəkilləri çəkildi.
Fakültə TEC-i adından çıxış edən tələbələrimizi təbrik edir, uğurlar arzulayırıq👍🙂