Şəki Şəhəri - Sheki City

Şəki Şəhəri - Sheki City Şəki haqqında hər şey...

05/06/2022

Şəkidə 16 şagird, 4 müəllim və 2 valideynin olduğu avtobus dərəyə aşıb

Bu gün saat 16:30 radələrində Şəki şəhərində yerləşən istirahət mərkəzlərinin birində Ağdam rayon sakini Elya Əhmədovun idarə etdiyi “ISUZU” markalı sərnişin avtobusunda yaranmış nasazlıqla əlaqədar nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

Hadisə yerinə dərhal polis şöbəsinin, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və Təcili Tibbi Yardımın həkim briqadaları cəlb olunub, xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib.

TƏBİB-in yaydığı məlumatda bildirilib ki, Şəki şəhərində avtobus aşması zamanı xəsarət almış 11 nəfər saat 17:10 radələrində Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Vətəndaşlardan 10 nəfərə ilkin zəruri tibbi yardım göstərilərək 18:30 radələrində evə buraxılıb. Bir nəfərə isə bel nahiyəsinin küt travması, ll bel fəqərəsinin sınığı diaqnozu qoyulub və hazırda müayinəsi davam etdirilir.

Ümumilikdə 22 nəfər gəzmək məqsədilə Samux rayonundan Şəki şəhərinə gəliblər.

14/08/2021

📢 Şəkinin havası...
15 avqust 2021
Gündüz ☀️ 31°
Gecə 🌙 18°

14/08/2021

Şəkidə ailə ilə rahat istirahət etmək üçün məsləhətli yer var?

13/08/2021

📢 Şəkinin havası...
14 avqust 2021
Gündüz ☀️ 35°
Gecə 🌙 21°

12/08/2021

Əziz Gənclər!
Sizi 12 Avqust Beynəlxalq Gənclər Günü münasibəti ilə təbrik edir, həyat yolunuzda hər birinizə böyük uğurlar arzulayırıq...

12/08/2021

📢 Şəkinin havası...
13 avqust 2021
Gündüz ☀️ 35°
Gecə 🌙 22°

12/08/2021

Peşə təhsili almaq istəyən şəxslər 10-20 avqust tarixlərində “portal.edu.az” platforması vasitəsilə qeydiyyatdan keçə bilərlər.

12/08/2021
“Könüllülük” proqramının “Mübadilə həftəsi” çərçivəsində Aran 2 regional bölməsi üzrə könüllülərin Şəki rayonuna səfəri ...
12/08/2021

“Könüllülük” proqramının “Mübadilə həftəsi” çərçivəsində Aran 2 regional bölməsi üzrə könüllülərin Şəki rayonuna səfəri təşkil edilib.
Şəkidən olan könüllülərlə birgə tarix və mədəniyyət abidələri ilə tanış olan gənclər müxtəlif əyləncəli oyun və yarışlarda iştirak edib, açıq havada keçirilən təlimə qatılıblar.
Qeyd edək ki, “Mübadilə həftəsi” fərqli regionları təmsil edən könüllülər arasında ünsiyyətin genişlənməsi, təcrübə mübadiləsi və gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə həyata keçirilir və “Könüllülük” proqramında fəallığı ilə seçilən bütün iştirakçıları əhatə etməsi nəzərdə tutulur.

Növbəti dəstək Şəki rayonunun Öryət kəndində yerləşən fermer Ehtibar Nuriyevin “BioGarden” təsərrüfatına göstərilib. “Şə...
12/08/2021

Növbəti dəstək Şəki rayonunun Öryət kəndində yerləşən fermer Ehtibar Nuriyevin “BioGarden” təsərrüfatına göstərilib.

“Şəhərdən Kəndə” layihəsi çərçivəsində dəstək tədbirləri davam edir

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Paşa Holdinq”in dəstəyi ilə həyata keçirilən “Şəhərdən Kəndə” layihəsi çərçivəsində regionlarda fəaliyyət göstərən aqroturizm təsərrüfatlarına dəstək tədbirləri davam edir.

Layihə çərçivəsində növbəti dəstək Şəki rayonunun Öryət kəndində yerləşən fermer Ehtibar Nuriyevin “BioGarden” təsərrüfatına göstərilib. Görülmüş işlərlə tanış olmaq məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Aqil Quliyev və Şəki Şəhər İcra Hakimiyyətinin nümayəndələri təsərrüfatı ziyarət ediblər.

“BioGarden” təsərrüfatı aqroturizm fəaliyyətinə 13 il əvvəl başlayıb. Təsərrüfat sahibi “Şəhərdən Kəndə” layihəsi çərçivəsində aqroturizm modulu üzrə keçirilən xüsusi təlim proqramında iştirak edib və proqramı uğurla tamamlayıb. Hər il təsərrüfatı 6000-ə yaxın turist ziyarət edir.

“Şəhərdən Kəndə” layihəsinin dəstəyi ilə təsərrüfatda yenidənqurma işləri (alaçıq, təndir və kürələrin quraşdırılması, kosmetik yenilənmə işləri, bildirçin və qırqovullar üçün saxlama yerinin yaradılması və s.) aparılıb və təsərrüfatın giriş hissəsi abadlaşdırılıb. Bundan əlavə, xidmət səviyyəsinin yüksəldilməsi məqsədi ilə təsərrüfat bir sıra avadanlıqlar və əşyalarla (vitrin soyuducusu, çay dəstləri, işçi heyəti üçün geyim dəstləri) təmin olunub.

11/08/2021

Günorta saatlarında Şəkinin Aşağı Küngüt kəndi ərazisində yanğın olub. Kol-kosdan başlayan yanğın güclü külək səbəbindən genişlənərək biçilmiş taxıl sahəsinə, ardınca yol kənarındakı ağaclara və fərdi təsərrüfatlara keçib. FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri əraziyə cəlb olunub. Yanğının genişlənərək yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb.

11/08/2021

📢 Şəkinin havası...
12 avqust 2021
Gündüz ☀️ 36°
Gecə 🌙 22°

Address

Sheki

Website

Alerts

Be the first to know and let us send you an email when Şəki Şəhəri - Sheki City posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share